Azərbaycanda avro, rubl, TL niyə ucuzlaşır? “Digər valyutalara qarşı möhkəmlənirsə...”
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“2015-ci ildə baş verən ardıcıl 2 devalivasiyadan sonra, Azərbaycan manatının dollar qarşısında 2016-cı ildən etibarən formalaşan məzənnəsi var. Mərkəzi Bank artıq illərdir həmin məzənnə qoruyub saxlayır. Azərbaycan iqtisadiyyatı buna tam uyğunlaşıb və yetərincə optimal vəziyyətdədir”.
Bu sözləri “Yeni Sabah”a iqtisadçı Fuad İbrahimov deyib.
O, avro, rubl və TL-nin manat qarşısında ucuzlaşması faktını şərh edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb. Dekabrın 10-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,70 manat təşkil edib. Türkiyə lirəsi 0,0399 manatadək, Rusiyanın 100 rublu 2,1982 kimi, avro isə 1,9767 manatadək ucuzlaşıb.
F. İbrahimov bildirib ki, dollar avro və digər valyutalar qarşısında bahalaşdıqca, manat da eyni formada bahalaşır:
“Lakin digər valyutalara qarşı AMB üzən məzənnə rejimindən istifadə edir. Bu gün ABŞ dolları digər valyutalara qarşı möhkəmlənirsə, manat da dəyişməz məzənnə ilə ona bağlanır. Yəni manata dair hər hansı qeyri-adi hadisə baş vermir. Sabah dollar rubl, avro, lirə qarşısında ucuzlaşsa, manat da eyni formada dəyər itirəcək”.
Ekspert vurğulayıb ki, manatın avro, rubl və lirə qarşısında bahalaşması ticarət dövriyyəsinin stimullaşmasına təkan verir:
“Xatırlayırsınızsa, ilin əvvəlində avro ilə manatın məzənnəsi təxminən dollarla manatın məzənnəsi ilə uyğun idi. Çünki dollar avro qarşısında həddən artıq möhkəmlənmişdi. Həmin vaxt avronun satışı 1.8 manat idi. Ondan sonra dollar avro qarşısında ucuzlaşdı. Eyni zamanda, 1 avro 2 manatadək bahalaşdı.
Aydındır ki, Avrozona ilə ticarət əməkdaşlığı edən sahibkarlarımız var. Bu nöqteyi-nəzərdən, avro ucuzlaşarsa, ticarət dövriyyəsinin stimullaşmasına şərait yaradar. Bu tendensiya rubl və lirəyə də aiddir”.
Baxış sayı:70
Bu xəbər 10 Dekabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















