Icma.az
close
up
RU
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni dələduzluq

Azərbaycanda avtomobil alışı ilə bağlı yeni dələduzluq

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlər Azərbaycanda avtomobil alqı-satqısı ilə bağlı yeni bir dələduzluq növü yayılıb. Sosial şəbəkələrdə və vətəndaşların şikayətlərində bu barədə ardıcıl məlumatlar paylaşılır.

İddialara görə, dələduzlar avtomobili “generalnaya doverennost” yolu ilə alırlar. Daha sonra isə bir neçə saat içində satıcı ilə əlaqə saxlayaraq müxtəlif bəhanələrlə avtomobili geri qaytarmaq istədiklərini bildirirlər. Əgər satıcı buna razılaşmasa, onu müxtəlif yollarla təhdid edirlər.

Satıcıların sözlərinə görə, bu qısa müddət ərzində avtomobillərin orijinal ehtiyat hissələri dəyişdirilərək köhnə və ya ucuz hissələrlə əvəz olunur. Yəni satıcı avtomobili geri aldıqda artıq əvvəlki vəziyyətində olmur və maddi zərərə düşür.

Problemin kökü nədədir?

“Generalnaya doverennost” vasitəsilə avtomobilin satılması hüquqi cəhətdən tam mülkiyyət hüququnu qarşı tərəfə ötürmür. Bu, sadəcə etibarnamə formasında idarəetmə və istifadə səlahiyyəti verir. Belə olduğu halda həm satıcı, həm də alıcı qanun qarşısında risk altında qalır.

Ekspertlər bildirirlər ki, məhz bu boşluqdan istifadə edən dələduzlar insanları tələyə salır.

Mütəxəssislər və hüquqşünaslar belə halların qarşısını almaq üçün vətəndaşlara bir neçə əsas məsləhət verirlər: Avtomobili yalnız alqı-satqı müqaviləsi ilə satın. Müqavilə əsasında avtomobilin mülkiyyəti tam şəkildə alıcıya keçir və əlavə risklər aradan qalxır.

Etibarnamə ilə satışdan imtina edin. “Generalnaya doverennost” qısa müddətlik çıxış yolu kimi görünsə də, uzunmüddətli hüquqi təminat vermir.

Avtomobilin texniki vəziyyətini yoxlayın. Avtomobil geri qaytarılarsa, hissələrdə dəyişiklik olub-olmadığını dərhal peşəkar servisə yoxlatdırın.

Şübhəli alıcılara qarşı diqqətli olun. Avtomobil alışında təhdid və ya təzyiq halları ilə rastlaşsanız, dərhal hüquq-mühafizə orqanlarına müraciət edin.

Avtomobil bazarında aldatma üsulları hər keçən gün dəyişir və vətəndaşların bu hallara qarşı daha diqqətli olması vacibdir. Ekspertlər xüsusilə vurğulayırlar ki, etibarnamə ilə satış hüquqi baxımdan zəif mexanizmdir və həm satıcı, həm də alıcı üçün ciddi risklər yaradır.

Avtomobil alqı-satqısında yeganə təhlükəsiz yol rəsmi müqavilə bağlamaqdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:564
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri