Icma.az
close
up
RU
Azərbaycanda avtomobillərin bahalaşması gözlənilir

Azərbaycanda avtomobillərin bahalaşması gözlənilir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. 

Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir. Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən   avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər? 

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olduğu göz qabağındadır: "Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələ ki əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da artacaq. 2026-cı ildən sonra isə qiymətlərin kəskin bahalaşması gözlənilir”. 

A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: "İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar da bazara çıxır. Hətta alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq”. 

Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: "Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü”. 

İqtisadçı-ekspert Asif İbrahimov da indidən bazarda avtomobil qiymətlərinin yüksəldiyini təsdiq edir: "Ölkəmizə sürətlə hibrid və elektromobil avtomobillər daxil oldu. Bu proses bütün dünyada gedir. Daha ucuz başa gəldiyi üçün insanlar bu avtomobillərə yönəldilər. Ölkəmizdə də həm qiymətlərinin ucuz olması, həm gətirilmə şərtlərinin asanlığı, ƏDV olmaması, rəsmi mağazalardan alarkən kredit şərtlərinin əlverişli olması bu bazarı canlandırdı. Lakin artıq yeni ildən bu avtomobillər üçün olan güzəştlər ləğv edilir. Güzəştlər hələ ləğv edilməyib, amma qiymətlərin dəyişdiyini müşahidə edə bilirik. İstehlakçılar artıq qiymətlərin 4-5 min civarında bahalaşdığını bildirirlər”.

A.İbrahimovun sözlərinə görə, ümumi avtomobil bazarında qiymətlər kökündən formalaşacaq: "Hibrid və elektromobillər ölkəyə gətirildikdən bəri ənənəvi avtomobil bazarında qiymət enmələri müşahidə edildi. Düşünürəm ki, güzəştlərin ləğvindən sonra onların da qiymətində müəyyən dəyişiklik baş verəcək. Bahalaşma olacağı gözlənilir. Qiymətlərin bahalaşması ümumi avtomobil bazarına da öz təsirini göstərəcək”. 

İqtisadçının fikrincə, qiymətlər nə qədər bahalaşsa da, bu avtomobillərə olan tələb tamamilə azalmayacaq: "Amma düşünmürəm ki, güzəştlərin ləğvi bu avtomobillərin gətirilməsini tamamilə dayandırsın. Çünki istehlakçılar qiymətlər yüksəlsə də, komfort üçün bu avtomobilləri seçməyə davam edəcəklər. Alıcılıq azala bilər, amma tamamilə dayanması gözlənilmir. Bu avtomobillərlə bağlı kredit şərtlərində müəyyən dəyişikliklər ola bilər”. ("Kaspi" qəzeti)


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri