Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?

Azərbaycanda ətin bahalaşması davam edəcəkmi?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan əhalisinin gündəlik qida rasionunda mühüm yer tutan ət bahalaşmaqda davam edir. 

Hazırda ölkədəki marketlərdə, eləcə də fərdi sahibkarlara məxsus ət mağazalarında 1 kiloqram dana ətinin qiyməti 20 manata yaxındır, quzu ətinin qiyməti isə 20 manatı keçib. 

"Report" ətin bahalaşmasının səbəbləri və nə qədər davam edəcəyi barədə araşdırma aparıb. 

Paytaxtda qəssablıq edən Aqil Əhmədov deyir ki, o, bacardıqca satdığı ətin maya dəyərinin az olmasına çalışır, odur ki, heyvanları əsasən Bərdə bazarından, yəni birbaşa istehsalçıdan alır: "Əhali mal-qarasını və qoyun-quzusunu özü bazara çıxarır, biz isə oradan tədarük edirik. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Satışın maya dəyərinə nəqliyyat və kəsim xərcləri də əlavə olunur ki, bu da yekun qiymətə təsir göstərir. Bundan başqa, iri və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə edilir. Son vaxtlar yayılan dabaq xəstəliyinin də bazara müəyyən təsiri var".

Onun proqnozuna görə, yaxın aylarda ət qiymətlərində ciddi artım gözlənilmir: "Yalnız cüzi bahalaşma mümkündür. Ümumilikdə isə noyabr ayına qədər qiymətlərin sabit qalacağı gözlənilir". 

Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov deyir ki, son illər ətin sürətlə bahalaşmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Onun sözlərinə görə, hər şeydən əvvəl ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalıb: "Bu azalma bir tərəfdən heyvan saxlamağın əvvəlki illərə nisbətən baha başa gəlməsi, digər tərəfdən isə intensiv heyvandarlıq sahəsindəki müəyyən çətinliklərlə bağlıdır".

Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub. 


Bundan başqa, 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.

Ekspert vurğulayıb ki, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən əsas amillərdən biri yemdir: "Son illər yem komponentlərinin, xüsusilə də taxıl məhsullarının qiymətlərində müəyyən azalma olsa da, bu, ümumi bazarda ciddi ucuzlaşma yaratmayıb. Qarğıdalı, arpa və buğdanın qiymətlərində kəskin artımlar olmasa da, yem zavodlarının bu məhsulları bazara baha təqdim etməsi nəticə etibarı ilə ətin bahalaşmasına təsir göstərir. Bundan başqa, bazarların tənzimlənməsi mexanizmləri zəif olduğundan istehsalçıların məhsulu birbaşa bazara çıxarma imkanı məhduddur, odur ki, aradakı vasitəçi qurumlar məhsulları onlardan alıb daha yüksək qiymətə bazara çıxarırlar. Beləliklə, rayon və şəhər qiymətləri arasında kəskin fərqlər yaranır. Bu fərq bəzən 30-40%-ə qədər çata bilir. Bu da o deməkdir ki, qiymət təkcə istehsal xərcləri ilə bağlı deyil, həm də bazarda fəaliyyət göstərən vasitəçilərdən asılıdır".

Bundan başqa, onun sözlərinə görə, son dövrlərdə ölkədə örüş yerlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb: "Bu, həm kənd təsərrüfatı üçün mövcud torpaq fondunu məhdudlaşdırıb, həm də heyvandarlıq sahəsində bəzi çətinliklərin yaranmasına gətirib çıxarıb. Çünki örüş sahələrinin azalması heyvanların yemlənməsində əlavə xərclərə səbəb olur və fermerlərin məhsuldarlığına təsir göstərir".

Bununla belə, ekspert  müsbət məqam kimi qeyd edib ki, artıq əhalinin işğaldan azad edilmiş ərazilərə təsərrüfatlarını çıxarmaq imkanı yaranıb: "Bu isə həm yeni örüş sahələrinin istifadəyə verilməsi, həm də kənd təsərrüfatı istehsalının miqyasının genişlənməsi baxımından mühüm fürsət hesab olunur. Onun fikrincə, bu imkanlardan düzgün istifadə edildiyi təqdirdə, həm heyvandarlığın inkişafına, həm də ölkənin ərzaq təhlükəsizliyinə töhfə vermək mümkündür".

R. Orucovun sözlərinə görə, heyvandarlıq məhsullarının maya dəyərinə təsir edən mühüm amillərdən biri də logistika və daşınma xərcləridir: "Əvvəllər yem və digər məhsulların daşınması nisbətən ucuz başa gəlirdisə, indi qiymətlərdə 40-60%-ə qədər artım var Bu artım təkcə yanacaq xərclərinin artması ilə bağlı deyil, həm də ümumilikdə daşınma xidmətlərinin bahalaşması ilə əlaqədardır. Beləliklə, yem və digər komponentlərin qiymətində ciddi artım olmasa da, onların istehsalçıya çatdırılması xərcləri yüksəldir".

O həmçinin deyib ki, heyvandarlıq təsərrüfatlarında baytarlıq xidmətlərinin, dərmanların və digər sanitar-gigiyenik tədbirlərin xərcləri də son illərdə əhəmiyyətli dərəcədə artıb: "Bu isə birbaşa məhsulun maya dəyərinə əlavə olunur və nəticədə bazarda qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Avropadan gətirilən yüksək məhsuldar heyvan cinslərinin yerli şəraitə uyğunlaşdırılmasında çətinliklər var. Təcrübəsiz şəxslərin təsərrüfatlara girişməsi, müasir texnologiyalardan istifadə olunmaması və səhv yemləmə üsulları istehsalın səmərəliliyini azaldır. Bu da ümumi rentabelliyə mənfi təsir göstərir".

"Azərbaycanda ət məhsulları gündəlik qida rasionunda, xüsusilə də toy, yas və digər mərasimlərdə geniş istifadə olunur. Əhalinin həyat tərzində bu məhsullar mühüm yer tutduğu üçün tələb sabit qalır və bu, istehsal azalması fonunda qiymət artımını qaçılmaz edir. Çox güman ki, bahalaşma davam edəcək",- deyə o əlavə edib.

Ətin bahalaşmasına münasibət bildirən Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə qeyd edir ki,  Azərbaycanda ətin qiyməti tənzimlənmədiyindən sahibkarlar qiymətləri sərbəst müəyyən edə bilərlər. Müştərilər məhsulların arasından qiyməti və istehlak xassələri uyğun olan malı öz ehtiyacına görə seçərək ala bilər.

"Agentlik iri və xırdabuynuzlu heyvan əti bazarında konsentrasiya səviyyəsinin və təchizat zəncirinin mərhələləri üzrə qiymət əmələgəlmə mexanizminin müəyyənləşdirilməsi məqsədilə mütəmadi araşdırmalar aparır. Təhlil nəticəsində müvafiq bazarda bazarın rəqabət vəziyyətinə mənfi təsir edən amillər, o cümlədən hökmran mövqedən və bazar gücündən sui-istifadə, rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlər təsbit edilməyib, müvafiq bazarın çoxiştirakçılı və rəqabətli bazar strukturuna sahib olduğu müəyyən edilib. Müvafiq bazarda qiymətlərin dinamikasına təsir edən bir sıra amillər mövcuddur. Bunlara mövsümi faktorlar, tələbin anidən artması, yem qiymətlərində müşahidə olunan dəyişikliklər, örüş-otlaq sahələrinin azalması, ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi və təklifin azalması, iri və xırdabuynuzlu heyvan sayında azalma və s. aid edilə bilər. Tələb-təklif balansının dəyişməsi isə təchizat zəncirinin son mərhələsində qiymət dəyişikliyinə təsir edir.

Rəqabət qanunvericiliyinin tələblərinin pozulması hallarına qarşı dövlət nəzarəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. Qiymətlərdəki dəyişikliklərin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənədlər və məlumatlar Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təqdim edildiyi təqdirdə, həmin məsələyə mahiyyəti üzrə baxıla bilər", - deyə məlumatda qeyd olunub. 

2024-cü ildə ölkədə bütün növ ət ehtiyatlarının həcmi 476 min 917 ton olub ki, bu da 2023-cü illə müqayisədə 4,1 % çoxdur. Ət ehtiyatlarının 2,5%-i ilin əvvəlindən qalan qalıq hesabına, 81 %-i istehsal, 16,4 %-i idxal hesabına formalaşıb.

Ötən il ölkədə 386 min 323 ton ət istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 0,9 % çoxdur. İl ərzində ölkəyə ət idxalı 17,5 % artaraq 78 min 453 tona çatıb. İlin əvvəlinə qalıq isə 14 % artaraq 12 min 241 ton olub. 

Hesabat dövründə Azərbaycanın bütün növ ət məhsulları ilə özünü təminetmə səviyyəsi 2,2 % azalaraq 83,4 % olub. 

Bir sözlə, Azərbaycanda ətin bahalaşması həm istehsal xərclərinin artması, həm də bazar mexanizmlərində mövcud olan problemlərlə bağlıdır. Belə şəraitdə, həm dövlətin, həm də fermerlərin qarşısında duran əsas vəzifə heyvandarlıq təsərrüfatlarının dayanıqlı inkişafını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərin kənd təsərrüfatı dövriyyəsinə qaytarılması, yem bazasının möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsalçıların birbaşa bazara çıxış imkanlarının artırılması qiymət artımının qarşısını almaq üçün vacibdir. Əks halda, istehsalın azalması fonunda tələbin yüksək qalması ətin bahalaşmasını davamlı edəcək. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see392

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see306

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see261

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see239

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see233

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see232

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see231

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see229

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see226

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see224

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see224

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see218

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see216

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see215

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see204

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see203

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see199

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see191

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see165

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri