Icma.az
close
up
RU
Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə çatır: Orta göstərici yenə aşağıdır

Azərbaycanda avtomobillərin sayı 2 milyon ədədə çatır: Orta göstərici yenə aşağıdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026-cı ildən qanunvericilikdəki bəzi dəyişikliklər, taksi fəaliyyəti ilə bağlı qaydaların dəyişmə ehtimalı avtomobil bazarının çox yüksənməsinə səbəb oldu. 2025-ci ildə məhz buna görə böyük idxal göstəriciləri qeydə alındı. Təsadüfi deyil ki, avtomobillərin sayında 100 min ədəddən çox artım olub. Ümumi say 1 milyon 934 min 598-ə çatıb.

Bizimyol.info xəbər verir ki, son 5 il ərzində ölkənin avtomobil parkı 31 faizdən çox böyüyüb. Bu müddət ərzində Azərbaycana 461 mindən artıq maşın gətirilib.

Minik avtomobillərin sayı 1 milyon 577 min 157-ə çatıb. Keçən il ölkəyə gətirilən 100 min 724 nəqliyyat vasitəsinin 82 faizi minik avtomobilləri olub.

Motosikletlərin sayının artmasını müşahidələr də göstərir. Xüsusilə Bakıda və Abşeron yarımadasında bu çevik nəqliyyat vasitəsinə çox rast gəlinir. İndi ölkədə 13 min 258 motosiklet var. Təsəvvür edin, bunun 22,5 faizi keçən il gətirilib.

Azərbaycanda avtomobillərin sayı sürətlə artır. Hərçənd, builki göstəricilər yüksək deyil. İllik hesabata hələ çox var. Aylıq hesabatlar isə göstəricilərin aşağı düşdüyünü göstərir. Buna baxmayaraq, ümumi say çox görünür. Halbuki başqa ölkələrlə müqayisədə bizdə avtomobillərin sayının çox olduğunu demək olmur.

Azərbaycanda əhalinin hər 1000 nəfərinə indi 188 avtomobil düşür. Bu göstəriciyə görə, bizim ölkədə dünyada 112-ci pillədədir. Hətta Liberiya, Botsvana kimi Afrika ölkələrində göstərici daha yüksəkdir. Postsovet ölkələrindən Latviyada əhalinin hər 1000 nəfərinə 424, Gürcüstanda isə 414 avtomobil düşür. Estoniya (635) və Litvada (598) daha çox maşın var. San-Marino (1606) ilə heç müqayisə oluna bilmərik.

Cəmiyyətdəki avtomobillərin sayının çoxluğu ilə bağlı fikir bir qədər yanlışdır. Azərbaycanda əhalinin yarıdan çoxu Bakıda və Abşeron yarımadasında yaşamağa başlayıb. Böyük tıxaclar avtomobil sayının qəbul olunan həddi aşması təəssüratı yaradır. Halbuki Azərbaycanda əhalinin şəxsi nəqliyyat vasitəsinə sahib olması göstəricisi çox aşağıdır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Avqust 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri