Azərbaycanda bu şəxslərin orta aylıq maaşı 1300 manata çatır
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Bakıda çalışanların orta aylıq maaşı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artıb.
Hazırda paytaxtda orta aylıq maaş 1252,7 manat təşkil edib.

