Azərbaycanda bahar bayramları başladı Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizdə hər il fevralın 10-dan 11-nə keçən gecə Novruz bayramının gəlişi ilə əlaqədar Xıdır Nəbi bayramı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Xıdır Peyğəmbərin adı ilə bağlı olan bu gecəni hər il Tovuz sakinləri ocaq başına toplaşaraq xüsusi qeyd edirlər.
Onlar Xan Çinarın ətrafında yığışaraq tonqal qalayır, rəqs edirlər. İnanca görə, bundan sonra qışın çətin günləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur, Xıdır Nəbi evlərə bərəkət paylayır.
Xıdır Nəbi bayramında buğda və qarğıdalı sacda qovurulur, daha sonra üyüdülərək şəkər tozu, doşab ilə yoğrulub qovut hazırlanır. Daha sonra uşaqlara, qonşulara paylanır.
Daha ətraflı ATV-nin hazırladığı süjetdə:
Bu mövzuda digər xəbərlər:Azərbaycanda yeni radio fəaliyyətə başladı VİDEO
03 Oktyabr 2025 11:01
Azərbaycanda Dollar “gizlənməyə” başladı
09 Aprel 2025 08:14
“Starlink” Azərbaycanda işə başladı
29 Mart 2025 10:42
Azərbaycanda əsgərliyə çağırış başladı
01 Aprel 2025 15:08
Güney Azərbaycanda etiraz başladı
12 Noyabr 2024 11:49
Baxış sayı:109
Bu xəbər 11 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















