Icma.az
close
up
RU
Azərbaycanda Dollar “gizlənməyə” başladı

Azərbaycanda Dollar “gizlənməyə” başladı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Mərkəzi Bankın banklara gündəlik satılan xarici valyutanın məbləğini açıqlamamaq qərarını necə izah edir?; iqtisadçı deyir ki, manatın...

Bu günlərdə Mərkəzi Bankın hərraclarda banklara nə qədər dollar satdığı barədə məlumat açıqlamamaq qərarı maliyyə dairələri ilə yanaşı ictimaiyyətdə də haqlı narahatlıq yaradıb. Mərkəzi Bankdan verilən “hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim edilməsi artıq aktual hesab olunmur” açıqlaması isə narahatlığı azaltmayıb.

Neftin qiymətində ötən həftə başlayan eniş fonunda Mərkəzi Bank aprel ayının 1-nə olan valyuta ehtiyatlarını açıqlayıb. Son bir ayda 0.32% və ya 34.7 milyon dollar artaraq 11 milyard 26.5 milyon dollara çatıb. Ekspertlərə görə, bu artım cüzidir, son 1 ildə ehtiyatların 5.4% və ya 627.9 milyon dollar azalmasının yanında kiçik rəqəmdir. Mərkəzi Bank ötən 1 ildə ehtiyatların hansı səbəbdən bu qədər əriməsinə aydınlıq gətirməyib. Amma ötən il və 2025-ci ilin əvvəlində valyuta bazarında baş verənlərə nəzər saldıqda ehtiyat valyutanın hara xərclədiyi barədə təsəvvür yaranır.

Qeyd edək ki, 2024-cü il ərzində banklara ümumilikdə 7.7 milyard dollardan çox valyuta satılıb. Bu göstərici 2023-cü illə müqayisədə 84.8% çoxdur. Həmin il ərzində keçirilən valyuta hərraclarında cəmi 3 milyard 878.53 milyon dollar satılmışdı.

2025-ci ilin yanvar ayı ərzində isə Mərkəzi Bankda keçirilən 8 valyuta hərracında 500 milyon dollara yaxın valyuta satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında banklara 417.1 milyon ABŞ dolları satılmışdı.

Ekspertlər bu gizliliyin səbəbini valyuta bazarında mümkün panik əhval-ruhiyyə yaranmasının qarşısını almaq istəyi ilə izah edirlər. Mərkəzi Bank bankların dollar alışı barədə məlumatları açıqladıqda ictimaiyyət də əl-ayağa düşüb dollar alır, kimi bankdakı manat depozitini dollara çevirir, kimi də ümumiyyətlə pulu “yastıq altında” saxlamağa yönəldir.

Xatırladaq ki, Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyanın acı təcrübəsini görüb. Həmin dövrdə Mərkəzi Bank manatın məzənnəsini qorumağa milyardlarla dollar xərclədikdən sonra qəflətən devalvasiya qərarı verdi. Nəticədə iqtisadiyyata ağır zərbə dəydi, bankların, şirkətlərin, iş adamlarının, sadə vətəndaşların borcu dəfələrlə artdı, onların bir çoxu müflisləşdi. Azərbaycan iqtisadiyyatı bəzi parametrlər üzrə hələ də devalvasiyaya qədərki göstəricilərini bərpa edə bilməyib.

Elman Sadıqov

İqtisadçı Elman Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Mərkəzi Bankın aprel ayında açıqlayacağı faiz qərarına qədər dünyada bir çox proseslər baş verəcək. Hadisələr çox sürətlə cərəyan edir. Hər bir halda, son hadisələr göstərdi ki, dünya birjalarında müəyyən bir stabilləşmə var, xüsusilə ABŞ-ın birjası - Dow Jones geri bərpa prosesi keçdi, yəni satılan səhmlər yenidən investorlar tərəfindən alındı. Ən çox zərər Asiya birjalarında oldu. Honq Konq birjası 13 faiz, Yaponiya birjası, Çin birjaları və sair. Nəticədə çox ciddi enişlər sonradan investorlar tərəfindən alışlarla tədricən bərpa olunacaq.

Açıq-aşkar görünən budur ki, həm Amerika özü, həm də investorlar bu prosesə hazırlıqlı olublar. Yəni əllərdə kifayət qədər böyük nağd vəsait var və həmin nağd vəsait hazırda birjalarda alışlara yönləndirilib. Amma hələ aprel ayında nələrin baş verəcəyi, hadisələrin birdən-birə müsbət və ya mənfi istiqamətdə kəskin bir şəkildə cərəyan edəcəyi hələlik bəlli deyil. Əlbəttə, tariflər ümumiyyətlə iqtisadiyyata heç bir zaman müsbət təsir göstərməyib, xüsusilə də bu qədər geniş tətbiq olunan tariflər iqtisadiyyatlara ümumilikdə müsbət nəticə verə bilməz. Burada bəzi ölkələr, əlbəttə ki, bu məsələlərdə uduzacaqlar, bəzi ölkələr isə, ayrı-ayrı lokal iqtisadi güc mərkəzlərində müəyyən resessiyaların və yaxud da geriləmələrin, problemlərin çıxacağı ehtimalı ilə qarşı-qarşıyadır".

İqtisadçı qeyd edir ki, bu səbəbdən Mərkəzi Bank bu məsələlərdə ehtiyatlı mövqe sərgiləyir: “Ən əsas məsələlərdən biri ajiotaja yol verməməyə çalışır. Çünki burada önəmli olan məsələ həm də gözləntilərin düzgün bir şəkildə formalaşmasıdır. Yanlış gözləntilərə imkan yaratmaq, əlbəttə ki, müəyyən fəsadlarla nəticələnə bilər. Düşünürəm ki, istər dünyada enerji qiymətləri ilə bağlı mövcud tendensiya, istər dünyada inflyasiyanın artma meylləri, istərsə də müxtəlif ölkələrdə, müxtəlif güc mərkəzlərində resessiya gözləntiləri və s. nəzərə alınaraq, Mərkəzi Bank hazırda faiz artımına gedəcək. Faizlərin artırılması baş verdikdən sonra bu məsələdə ən önəmli amillərdən biri növbəti mərhələdə kredit faizləri ilə bağlı olacaq. Hazırda ən önəmli məsələ, ən vacib amil - monetar siyasət aləti kimi faiz dərəcələrinin artırılmasıdır. Uçot faiz dərəcəsi və faiz dərəcələrinin aşağı-yuxarı həddinin artırılması ehtimalı yüksəkdir”.

Bu arada, Mərkəzi Bank tərəfindən təqdim edilən bir günlük təminatsız kreditlər üzrə orta gəlirlilik 7.63 faizə yüksəlməklə bençmark faizlərini üstələyib. Yeni Müsavat Banker.az-a istinadən xəbər verir ki, bir günlük təminatsız kredit faizləri son bir ayda 7 faizdən aşağı düşmüşdü. AMB 2024-cü ilin mayından etibarən uçot faiz dərəcəsinin aşağı həddi - 6.25%, yuxarı həddi 8.25% və uçot faiz dərəcəsi 7.25% müəyyən edib. Bakı Fond Birjasında repo faizləri də müxtəlif vaxtlar üzrə yüksəlib.

Elman Sadıqov ABŞ-da son günlər yaranan vəziyyətlə bağlı mövqeyini də bildirib: “Orada vəziyyət görünəndən də kritikdir və buna görə dövlət bu addımları atmağa məcbur olur. Tətbiq olunan tariflər yalnız proteksionist siyasət kimi təhlil oluna bilməz. Əslində proteksionist siyasət belə olmur və protesksionist siyasət baxımından hətta yanlış addımdır. Çünki proteksionist siyasət seçmə olur, bu şəkildə kütləvi olmur. Xammal, faydalı resurslara tətbiq olunmur. Çünki bununla ABŞ həm də istehsalın maliyyətini artırır, rentabelliliyi azaldır! Son 3 ay ərzində demək olar ki, bütün proqnozlar doğru çıxır. Neftin qiyməti də sürətlə enməyə başladı. Deməli, ABŞ-ın bu tarif siyasəti kaprizdən deyil, zərurətdən doğan addım imiş ki, sözünə baxmayan dünyanı yeni və böyük həcmli qlobal böhranla üzləşdirib masaya oturtsun! Kimin bu böhrandan necə çıxacağı da sual altındadır!

Keçən il də demişdim, dünya tarixində ilk dəfə yeni bir düzəni qlobal müharibəsiz formalaşdırmağa cəhd edirlər. Lakin görünən odur ki, 1929-1933-cü il böhranının nəticələrini iqtisadi addımlarla aradan qaldıra bilməyən ABŞ bunu II Dünya müharibəsindən istifadə edərək həll etdi və hətta özü dünyanın bir nömrəli gücünə, valyutası qlobal valyutaya çevrildi, sistem də onun istədiyi petrodollar sistemi oldu. İndi müharibəsiz yeni düzən alınmır. Regional müharibələr kifayət etmir. Nüvə silahı səbəbindən baş tutmayan qlobal müharibələri qlobal böhran əvəz edə biləcək?

Bir də tez-tez soruşurlar ki, Avropa və ABŞ-ın Qafqaza marağı niyə artıb? Cavab genişdir, lakin sadədir. Son 500 il ərzində yeni düzənin formalaşması Avropadan başlayıb. İndi isə bu düzən Yaxın Şərq və regionumuzdan formalaşmağa başlayıb. Qafqaz, Türkiyə, Suriya, Yaxın Şərq...

Dünyanın istisnasız olaraq demək olar ki, hər bir ölkəsi ən çətin dövrə qədəm qoyur. Açığı, əslində 2025-ci ilin ən təlatümlü illərin başlanğıcı olacağı gözlənilirdi. Bir neçə gün öncə Makron Avropanı ABŞ-a investisiya qoyuluşlarını saxlamağa çağırdı. Beləliklə, ABŞ tərəfindən elan olunan ticarət müharibəsi iqtisadi müharibəyə keçir. Belə bir gedişatda isə hər bir ölkə iqtisadi siyasətinə vaxt itirmədən yenidən baxmağa məcburdur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Aprel 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see254

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see247

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see208

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see197

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see195

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see195

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see180

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see178

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see178

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see171

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see166

Dördüncü şirkətini də eyni prinsiplə qurdu: Raj Toletinin dəyişməyən biznes qaydası

22 Avqust 2026 13:10see163

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see159

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see159

Paşinyan Kərki kəndinin qaytarılması barədə əmr verib

22 Avqust 2026 13:25see156

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see156

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see147

“Real”da ciddi itki

22 Avqust 2026 10:13see147

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see147

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri