Icma.az
close
up
RU
Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Bu ayın əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 253 olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar ayında bank sektorunda çalışanların sayı 0,4% və ya 89 nəfər artaraq 25 452 nəfər təşkil edib.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90,7 milyon manat, cəmi öhdəlikləri 46 milyard 402,3 milyon manat olub.
Yanvar ayında bankların kredit portfeli 0,1% və ya 37 milyon manat artaraq 27 milyard 514,7 milyon manat olub. Kredit portfelində biznes kreditlərinin payı 53,5% (14 milyard 709,9 milyon manat),  istehlak kreditlərinin payı 31,1% (8 milyard 551,7 milyon manat), ipoteka kreditlərinin payı isə 15,4% (4 milyard 253,1 milyon manat) tşkil edib. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,6% olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79,7%-i və ya 36 milyard 961 milyon manat. Depozit portfelinin 61,1%-i (22 milyard 75.5 milyon manat) hüquqi şəxslərin, 38,9%-i (14 milyard 385,4 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 66%-i (9 milyard 497 milyon manat) milli valyutada, 34%-i (4 milyard 888,4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,5 faiz bəndi azalaraq 33,5% təşkil edib.
Bu ilin yanvar ayında banklar 71 milyon manat xalis mənfəət, 122,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 Fevral 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see349

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see289

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see287

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see286

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see278

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see271

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see264

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see262

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see259

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see248

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see244

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see242

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see242

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see240

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see230

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see229

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see218

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri