Icma.az
close
up
RU
Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

Azərbaycanda bank sektorunun son vəziyyəti açıqlandı

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu ayın əvvəlinə olan məlumata görə, ölkədə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərinin sayı 3 311 olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bank sektorunda çalışanların sayı aprel ayı ərzində 0,7% və ya 184 nəfər artaraq 25 939 nəfərə çatıb.
Məlumatlarda həmçinin bildirilir ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 607,1 milyon  manat, cəmi öhdəlikləri isə 47 milyard 625,5 milyon manat olub.
Aprel ayında bankların kredit portfeli 0,8% və ya 219,4 milyon manat artaraq 28 milyard 96,5 milyon manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,2% (14 952,7 milyon manat), istehlak kreditləri 31,1% (8 747,6 mlilyon manat), ipoteka kreditləri isə 15,7% (4 396,2 milyon manat) təşkil edib. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,1 faiz bəndi azalaraq 1,7% olub.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 77,2%-i və ya 36 milyard 747,5 milyon manatı depozit portfelinə daxildir. Depozit portfelinin 60,4%-i (22 199.6 milyon manat) hüquqi şəxslərin, 39,6%-i (14 547,9 milyon manat) fiziki şəxslərin depozitlərindən ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66,3%-i (9 645,1 milyon manat) milli valyutada, 33,7%-i (4 902,8 milyon manat) xarici valyutadadır.
Bu ilin yanvar - aprel aylarında banklar 339,8 milyon manat xalis mənfəət əldə ediblər. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 May 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri