Icma.az
close
up
RU
Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb

Azərbaycanda bank sığortaçılığı sahəsində tədqiqat işi aparılıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın sığorta sektoru ilə bağlı sayca üçüncü tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

Bildirilib ki, ASA, Assosiasiyanın Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində aparılan tədqiqat işi "Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusuna həsr olunub.

Tədqiqat işinin aparılma səbəblərinə aydınlıq gətirən layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyevin sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, yerli bankların sığorta şirkətləri ilə biznes əməkdaşlığı məhdud sayda sığorta məhsullarının satışından ibarətdir: "Bu sığorta məhsulları, əsasən, bankların öz müştərilərinə təklif etdikləri kreditlərə tətbiq olunan məhsullardır ki, bu da bankların öz risklərini sığortalamaq anlamına gəlir. Bankların mövcud müştərilərinə fərqli sığorta məhsullarının təklif olunması nəticəsində qeyri-bank xidmətindən əlavə gəlir əldə etmək imkanını lazımi səviyyədə dəyərləndirməməsinin səbəblərini araşdırmaq qərarına gəldik".

Layihə rəhbəri bildirir ki, tədqiqatın başlıca məqsədi bank sığortaçılığının cari vəziyyətini qiymətləndirmək, bu sahənin inkişafını əngəlləyən məqamları ortaya çıxarmaq və ekspertlərin bu istiqamətdə təkliflərini öyrənməkdir.

Tədqiqatda daha çox istifadə olunan sığorta məhsulları, sığorta məhsullarının əldə edildiyi kanal növü, bank xidmətlərindən istifadə dinamikası və xidmət çeşidləri, bank sığortaçılığı məhsullarından istifadə edənləringender, yaş və gəlirlilik səviyyəsinə görə dinamikası, sığorta məhsullarından imtina səbəbləri və s. kimi aktual suallara cavab axtarılıb.

Qeyd edək ki, "Bank sığortaçılığının cari vəziyyətinin qiymətləndirilməsi" mövzusuna həsr olunmuş tədqiqat işinə dair sorğularda 500 respondent iştirak edib ki, bunun da 53 %-ni kişilər, 47 %-ni isə qadınlar təşkil edib. Tədqiqat Bakı və Bakıətrafı ərazilərdə aparılıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri