Icma.az
close
up
RU
Biomateriallar sahəsində aktual elmi problemlərin həllinə dair tədqiqat aparılıb

Biomateriallar sahəsində aktual elmi problemlərin həllinə dair tədqiqat aparılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 25 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “TiO₂–fibroin kompozitlərində molekulyar və struktur dəyişikliklərin FTIR analizi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, baş direktor, AMEA-nın müxbir üzvü Oktay Qasımov seminarın biomateriallar sahəsində aktual elmi problemlərin həllinə və bu istiqamətdə tədqiqatların inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb. O, çıxışında Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının mühəndisi Aytac Məmmədovanın elmi məqaləsinin istinad sayına görə dünyanın aparıcı elmi bazalarında ilk 10-luğa daxil olmasını institutun beynəlxalq nüfuzunun və elmi potensialının göstəricisi kimi dəyərləndirib.

Daha sonra Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Əfsanə Hüseynova mövzu üzrə geniş elmi təqdimatla çıxış edib. Məruzədə müasir biomaterial tədqiqatlarında təbii polimerlərin nanomateriallarla modifikasiyasının əhəmiyyəti vurğulanıb. O qeyd edib ki, fibroin zülalı yüksək biouyğunluq və biodeqradasiya potensialına malik olsa da, funksional xüsusiyyətlərinin təkmilləşdirilməsi üçün struktur səviyyəsində dəyişikliklər vacibdir.

Əfsanə Hüseynovanın təqdim etdiyi tədqiqatda müxtəlif konsentrasiyalarda nano-anatas TiO₂ hissəcikləri fibroin matrisinə daxil edilərək, bu dəyişikliklər FTIR spektroskopiyası vasitəsilə təhlil olunub. Araşdırmanın məqsədi TiO₂ əlavəsinin zülalın ikincil strukturuna, molekulyar qarşılıqlı təsirlərinə və funksional xüsusiyyətlərinə təsirini müəyyənləşdirmək olub.

Seminarda vurğulanıb ki, əldə olunan bu cür nəticələr TiO₂–fibroin kompozitlərinin toxuma mühəndisliyi, yara örtükləri və dərman daşıyıcı sistemlər kimi biotibbi sahələrdə tətbiqi üçün geniş perspektivlər açır.

Sonda qeyd olunub ki, Əfsanə Hüseynova tədqiqat müddətində yüksək məhsuldarlıq nümayiş etdirərək, zaman və dəqiqlik tələb edən mürəkkəb analizləri müvəffəqiyyətlə həyata keçirib. Təqdimatdan sonra seminar iştirakçıları mövzu ilə bağlı suallar səsləndiriblər, geniş müzakirələr aparılıb və suallar Əfsanə Hüseynova tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri