Icma.az
close
up
RU
Azərbaycanda baş prokurorların müəmmalı lənəti: Onlar necə gəldi, niyə getdi?

Azərbaycanda baş prokurorların müəmmalı lənəti: Onlar necə gəldi, niyə getdi?

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin səlahiyyət müddəti başa çatır. Qanunvericiliyə əsasən, baş prokuror beş il müddətinə təyin olunur. Bu gün isə Milli Məclis onun yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq.

Ölkəmizdə ən yaddaqalan, məşhur baş prokurorlar kimlərdir?

Globalinfo.az Azərbaycanda baş prokurur olan şəxslər barədə məlumatı təqdim edir.

Müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət Qayıbov olub:

İsmət Qayıbov

O, 23 yanvar 1990-ci ildə bu posta təyinat alıb. Qayıbov cəmi bir il baş prokuror kimi fəaliyyət göstərib. Belə ki, o, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

Ölkənin ikinci baş prokuroru Murad Babayev idi:

Murad Babayev

26 noyabr 1991-ci ildə baş prokuror təyin edilən Babayev bir illik fəaliyyətdən sonra, 14 oktyabr 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi nəticəsində vəzifədən gedib. O, 2013-cü ilin yanvar ayında ürək tutmasında vəfat edib.

Ardınca baş prokurur vəzifəsinə İxtiyar Şirinov təyin edilib:

İxtiyar Şirinov

1992-ci il, 14 oktyabrda vəzifəyə gələn Şirinovun da fəaliyyət müddəti bir illə məhdudlaşıb. O,  30 iyun 1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi səbəbindən vəzifədən uzaqlaşdırılıb. İxtiyar Şirinov 1993-cü ilin iyun ayında bir qrup dövlət adamı ilə birlikdə Gəncə şəhərində Surət Hüseynovun qiyamçı dəstəsi tərəfindən girov götürülmüşdü. Ona girovluqda olanda o vaxtkı prezident Əbülfəz Elçibəyin həbsi ilə bağlı order imzalatmışdılar. Deyilənə görə, İ.Şirinov bu addımı işgəncələrə dözməyərək atıb. O, 2022-ci ilin 14 noyabr tarixində vəfat edib.

Həmin ilin 3 iyul tarixində baş prokuror vəzifəsi Əli Ömərova həvalə edilib:

Əli Ömərov

Təəssüf ki, o da təxminən 1 il vəzifədə olub. Belə ki, 1994-cü ildə 8 oktyabr 1994-cü il tarixində Ömərov işindən kənarlaşdırılıb. Əli Ömərov Rövşən və Mahir Cavadov qardaşlarının Baş Prokurorluğun binasına hücum zamanı döyülmüş, işgəncə görmüşdü. O, AzTV-nin efirinə çıxaraq Xətai rayonunun o vaxtkı prokuroru Mahir Cavadov tərəfindən necə döyüldüyünü detallı izah etmişdi.

Daha sonra bu posta Eldar Həsənov təyin edilib:

Eldar Həsənov

O, 1995-ci il, 22 martda fəaliyyətə başlayıb. Digər baş prokurorlardan fərqli olaraq, 5 il vəzifədə qala bilib. 21 aprel 2000-ci il tarixindən E.Həsənov artıq ölkənin baş prokuroru olmayıb. O, fəaliyyətini səfir kimi davam etdirib. Azərbaycanın Rumıniyada (2001-2013), Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2013-2020-ci illər) olub. 2020-ci ilin avqust ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2022-ci ilin yanvar ayında 10 il azadlıqdan məhrum edilib.

Həmin il 25 apreldə Zakir Qaralov Azərbaycanın baş prokuroru postuna gətirilib:

Zakir Qaralov

O, bu vəzifədə uzun müddət qalmaqla, rekord qırıb. Belə ki, Qaralov 20 il baş prokuror kimi fəaliyyət göstərib. 1 may 2020-ci ildə isə kreslosundan ayrılmalı və yerini Kamran Əliyevə verməli olub.

Qeyd edək ki, Xalq Cümhuriyyəti dövründə Azəbaycanın prokurorluq orqanlarının ilk rəhbəri Xəlil bəy Xasməmmədov (28 may 1918 – 17 iyun 1918) olub. Sovet Azərbaycanının ilk baş prokuroru isə Əliheydər Qarayev ( 28 Aprel 1920 – 1921) idi.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 May 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri