Icma.az
close
up
RU
Azərbaycanda başqa bankların birləşməsi gözlənilir? Mərkəzi Bankdan açıqlama

Azərbaycanda başqa bankların birləşməsi gözlənilir? Mərkəzi Bankdan açıqlama

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın perspektivdə ölkənin bank sektorunda yeni birləşmə və satınalmaların mümkünlüyü məsələsinə münasibət bildirib.

“APA-Economics”in sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, bankların konsolidasiya ilə bağlı qərarları, ilk növbədə, onların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır.

Mərkəzi Bankın rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir.

“Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün hər hansı konsolidasiya prosesi qanunvericiliyə uyğun olaraq yalnız Mərkəzi Bankın razılığı tələb edilən mərhələyə çatdıqda, Mərkəzi Bank tərəfindən məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir” – deyə AMB-dən bildirilib.

Mərkəzi Bank qeyd edib ki, mümkün konsolidasiya proseslərində əsas prioritet maliyyə sabitliyinin qorunması, bankların dayanıqlığının gücləndirilməsi və sağlam rəqabət mühitinin saxlanılmasıdır.

Bildirilib ki, konsolidasiya nəticəsində ayrı-ayrı bankların bazar payının artması sistem əhəmiyyətinin və risk konsentrasiyasının yüksəlməsinə səbəb ola bilər. Bu baxımdan belə proseslərin maliyyə sabitliyinə mümkün təsirləri diqqətdə saxlanılır.

AMB-nin makroprudensial siyasətinin məqsədi sistem risklərinin akkumulyasiyasının qarşısının alınması və maliyyə sisteminin şoklara qarşı dayanıqlığının gücləndirilməsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://apa.az
archiveBu xəbər 21 Sentyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri