Icma.az
close
up
RU
Azərbaycanda benzin satışı ilə bağlı rəsmi məlumat Dəyişikliklər var

Azərbaycanda benzin satışı ilə bağlı rəsmi məlumat Dəyişikliklər var

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda yüksəkoktanlı premium yanacaq növünün idxalında azalma qeydə alınıb. Cari ilin ilk rübündə ölkəyə xaricdən gətirilən premium sinifli avtomobil benzininin həcmində və ümumi dəyərində geriləmə müşahidə olunub.
Demokrat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, yanvar-mart aylarında respublikaya 650,2 min ABŞ dolları dəyərində 530 ton "Aİ-98" ("Super") markalı avtomobil benzini idxal edilib. Rəsmi rəqəmlər göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanacağın dəyəri 19 faiz, ümumi həcmi isə 18 faiz aşağı düşüb.
Hesabat dövründə xaricdən alınan bu markalı benzinin coğrafiyasında bəzi dəyişikliklər baş verib. Belə ki, Azərbaycan 16 aylıq fasilədən sonra Belarusdan yanacaq tədarükünü yenidən bərpa edib və bu ölkədən 293,5 min dollar dəyərində 239,4 ton benzin gətirilib. Eyni zamanda, Rumıniyadan edilən idxalın həcmi və dəyəri ötən ilin eyni ayları ilə müqayisədə 46 faiz artaraq 168,7 ton (206,8 min dollar) təşkil edib. Rusiyadan alınan yanacağın həm həcmində, həm də dəyərində təxminən 49 faizlik kəskin azalma qeydə alınıb və bu ölkədən 122,3 ton (150 min dollar) məhsul idxal olunub.
Məlumat üçün bildirək ki, 2025-ci ildə ölkəyə gətirilən "Aİ-98" markalı benzinin əsas hissəsi, yəni 45,2 faizi Rumıniyanın, 40,1 faizi isə Rusiyanın payına düşmüşdü.
Yəni, rəsmi rəqəmlərə əsasən, Azərbaycana xaricdən gətirilən baha və keyfiyyətli "Super" markalı benzinin miqdarı bu ilin ilk üç ayında keçən illə müqayisədə azalıb, həmçinin uzun fasilədən sonra Belarusdan yenidən benzin alınmağa başlanılıb.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri