Icma.az
close
up
RU
Azərbaycanda Konstitusiyaya dəyişikliklər gözlənilirmi?

Azərbaycanda Konstitusiyaya dəyişikliklər gözlənilirmi?

Icma.az, Azpost saytına istinadən bildirir.

Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən (İkinci Qarabağ) müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır.

Bəzi ekspertlər düşünür ki, bu il Konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub.

2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Bu dəyişikliklərlə ölkədə proporsional (partiya siyahıları əsasında) seçki sistemi tam ləğv edilib, baş nazirlik postu prezidentlikdən sonra ikinci əsas vəzifə sayılıb (əvvəl prezidenti Milli Məclis sədri əvəz edə bilərdi), bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyət götürülüb və prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Nəticədə hazırkı prezident İlham Əliyev artıq 21 ildir ölkəyə rəhbərlik edir.

Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Elman Məmmədov da “Turan”a xatırladıb ki, ayrı-ayrı illərdə ölkə Konstitusiyasına müəyyən dəyişikliklər edilib: “Dünya inkişaf edir, müəyyən vəziyyətlər yaranır, bütün sahələrdə struktur və digər islahatlar aparılır. Müəyyən məsələləri də dünyada gedən proseslərlə uzlaşdırmaq lazımdır. Buna görə də bu dövrlər ərzində bir neçə dəfə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu”.

Deputatın sözlərinə görə, 2025-in “Konstitusiya və Suverenlik İli” elan olunması mütləq o demək deyil ki, Konstitusiya dəyişəcək: “Ancaq ola bilər ki, Konstitusiyamızda referendum yolu ilə müəyyən dəyişikliklər olsun. Müəyyən struktur islahatları, idarəetmə qurumlarında müəyyən islahatlar aparıla bilər”.

E.Məmmədov işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə formasının – prezidentin xüsusi nümayəndəliklərinin yaradıldığını xatırladıb: “Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, artıq idarəetmədə bu gün üçün özünü tam da doğrultmayan, vaxtını başa vurmuş müəyyən qurumlar var. Ola bilər ki, yenidən bu məsələyə baxılar, referendum keçirilər. Bələdiyyələr yarandığı gündən (1999-cu il) onlarla bağlı çoxlu qanun toplusu yaranıb, vaxtaşırı dəyişikliklər edilir. Ola bilsin, bələdiyyələrin idarəetməsi ilə bağlı yenidən dəyişikliklər olsun. İcra hakimiyyətləri ilə bağlı da nəsə ola bilər”.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli AzadlıqRadiosuna deyib ki, Azərbaycanda üç dəfə müxtəlif illərdə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilib və sanki Konstitusiyanın bütövlüyü, ardıcıllığı pozulub: “Çünki bəzi məsələlərin Konstitusiyada əksini tapmasına ehtiyac olmasa da, onlar ora salınıb. Məsələn, çəkiliş və səsyazma ilə bağlı (məhdudlaşdırıcı) dəyişikliklər”.

Onun fikrincə, yeni, bütün idarəetmə problemlərini çözməyə yardımçı olacaq Konstitusiyaya ehtiyac var: “Ehtimal var ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm də buna işarədir. Bəzi məlumatlar da vardı ki, hakim dairələrdə bu barədə müzakirələr gedir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:301
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Yanvar 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri