Azərbaycanda bəzi qadınlar niyə boşanmağa meyillidir? PSİXOLOQ AÇIQLADI
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Ümumiyyətlə boşanma ilə bağlı müraciətlər son vaxtlar artıb. Xanımlar və bəylər daha çox boşanmaya üstünlük verirlər, nəinki ailə qurmağa və ya qurulan ailəni qurtarmamağa üstünlük vermirlər. Bəzən bu kimi hadisələr, boşanma halları digər insanlara da pis mənada təsir edə bilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, insanlar düşünürlər ki, bizim də həyatımızda hər an boşanma halları ola bilər və evlənməsək daha yaxşı ola bilər: "Amma təəssüflər olsun ki, təkcə qadınlar yox, kişilər də boşanma faktoruna meyilli olur. Amma əlbəttə ki, qadınlar son vaxtlar kişilərdən şiddət gördükləri, daha çox işləməklə bağlı problemlər olduğu, son vaxtlar xəyanətlə üzləşdikləri üçün boşanmaya meyil göstərirlər. Xəyanət üzərindən olan boşanmalara görə də bəzən boşanma istəyi daha çox artır. Amma bu birmənalı deyil, bunun bir neçə səbəbi var. Təkcə bu səbəblər deyil, bəzən həqiqətən də xanımlar azadlıq istəyirlər, rahat yaşamaq istəyirlər və bunları görmədikdə boşanmaya meyil göstərirlər. Boşanmada hər iki tərəfin günahı var. Heç bir zaman boşanmalar birtərəfli olmur. Ona görə də düşünürəm ki, qadınların boşanma səbəbini araşdırsaq son zamanlar daha çox kişilərin xəyanətinə dözə bilməmələri, şiddətə dözə bilməmələri faktoru olaraq öndədir. İkinci faktor olaraq xanımların çalışmaq istəməyi, karyera qurmaq istəmələri, övladlarının istədikləri kimi böyütmək istəmələri və başqa səbəblər buna səbəb ola bilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Mart 2025 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















