Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Azərbaycanda toylar niyə azalıb? Gənclər evlənmək istəmir? PSİXOLOQ SƏBƏBLƏRİNİ AÇIQLADI

Azərbaycanda toylar niyə azalıb? Gənclər evlənmək istəmir? PSİXOLOQ SƏBƏBLƏRİNİ AÇIQLADI

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Ölkəmizdə gənclərin ailə qurma yaşının artması və bu qərarı gec vermələri son dövrlərdə müşahidə edilən bir tendensiyadır. Gənclərin sosial, iqtisadi və mədəni vəziyyətləri, bu fenomenin əsas səbəblərini təşkil edir. Əvvəlki illərdə ailə qurmaq çox daha erkən olurdu, lakin müasir dövrdə sosial və iqtisadi şəraitdəki dəyişikliklər, gənclərin fərdi məqsədlərinə və həyat tərzinə olan yanaşmalarında dəyişikliklərə səbəb olub. Eyni zamanda, mədəni dəyişikliklər də gənclərin ailə qurma qərarlarını təsir edir, çünki cəmiyyətin tələbləri və gözləntiləri də zamanla dəyişib.

Bu dəyişikliklərin nəticəsi olaraq, gənclər karyeralarını və təhsilini ön planda tuturlar, maddi təminat məsələlərini həll etməyi və şəxsi inkişafı üstün tuturlar. Həmçinin, gənclərin ailə qurmadan əvvəlki həyat tərzləri, əlaqələrinə və münasibətlərinə yanaşma tərzləri də dəyişib.

Sosial, iqtisadi və mədəni amillərin gənclərin ailə qurmaq qərarına necə təsir etdiyi barədə daha geniş düşünərkən Azərbaycan gənclərinin niyə bu qərarı gec verdiyini anlamağa çalışmaq çox vacibdir. Bu tendensiyanın əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, gənclərin ailə qurmamağının bir çox səbəbi var:

“Bir tərəfdən, bəziləri karyera qurmağa çalışır, bəziləri maddi problemlərlə üzləşərək ailə qurmaq üçün yetərli gəlirə sahib olmurlar. Digərləri isə evsizliyi səbəbindən evlənə bilmirlər. Bir qismi də mənəvi və psixoloji vəziyyətlərdən dolayı uyğun həyat yoldaşı tapa bilmir.

Əvvəlcə, gənclərin işsizlik problemi ciddi şəkildə ön plana çıxır, xüsusən də region gəncləri arasında. Onlar iş tapmaqda çətinlik çəkir, beləliklə də kifayət qədər gəlir əldə edə bilmir və bu, ailə qurmağı təxirə salır. Kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olmaq getdikcə daha çətinləşir. Kəndlilər əkinlərini sata bilmir, əkdiyi məhsulun məhsuldarlığı azalmışdır.

Regionlarda, xüsusən rayon mərkəzlərində yaşayan işsiz gənclər də ailə qurmağa hazır olmurlar. Bu, gənclərin evlənməyə gecikməsinin bir səbəbidir. Həmçinin, karyerasını ailəsinə qurban verən gənclər var. Onlar əvvəlcə işlərini və həyatlarını qaydasına salmağa çalışır yalnız bundan sonra evlənməyi planlaşdırırlar. Bu da evlilik yaşını uzadır.

Bundan başqa, qızların tələbləri arasında ən vacib məsələlərdən biri də ayrı evdir. Çox vaxt qarşı tərəf bunu təmin edə bilmir və bu, evlilik qərarının gecikməsinə səbəb olur. Nişanlı qalma müddətinin uzanması, münasibətlərin pozulması halları kifayət qədər yayğındır.

Bununla yanaşı, gənclərin mənəvi məsələlərə verdiyi önəm də evlilik məsələlərində əhəmiyyətli rol oynayır. Gənclər öz dünya görüşlərinə və mənəviyyatlarına uyğun həyat yoldaşı tapmaqda çətinlik çəkirlər. Bu, həm qadınlar, həm də kişilər üçün ciddi narahatlıq doğurur”.

Sosioloq əlavə olaraq bildirib ki, əgər 10 milyondan artıq əhalisi olan bir ölkədə gənclər evlilik üçün münasib tərəf müqabili tapa bilmirsə, bu, cəmiyyətin mənəvi baxımdan çöküşünün təməlinin qoyulmasına işarə edir:
“Cəmiyyət olaraq, bu vəziyyət mənəvi məsələlərin geridə qalmasına səbəb olur. Nəticədə, evlilik yaşı uzanır və cəmiyyətin sosial strukturu dəyişir”.

Psixoloq Gülnar Orucova isə bildirib ki, 18 yaşında nəinki bir bəyin, bir xanımın ailə qurması da düzgün deyil:

“Bir xanım 22 yaş və üzəri yaşında ana olsa, daha yaxşıdır. Eyni zamanda, bir ananın övladına daha çox diqqət və qayğı göstərməsi müəyyən yaşdan sonra daha çox olur. Məsələn, ana ilə övlad arasında yaş fərqi 18-i aşmalıdır. Əgər bu yaş fərqi 18, ya da 20-ni aşmırsa, həmin ana gənc sayılır. Lakin istisna hallar da var. Eyni zamanda, mən də 2 yaşında ana olmuş bir insan kimi deyirəm ki, gənc yaşda ana olmaq mümkündür, amma gənc yaşlı anaların çoxu övladlarını atmağa meyilli olurlar, çünki onlar öz gəncliklərini tam yaşayabilmirlər.

İnsan, evliliyə fiziki olaraq, maddi və mənəvi olaraq hazır olmalıdır. Yalnız bundan sonra insanlar evlənə bilər və psixoloji hazırlıq da vacibdir. Bugün gənclərin gec yaşda evlənmək istəməmələrinin əsas səbəbi nədir? Onlar ümumiyyətlə ailə qurmaq istəmir, çünki artıq məsuliyyət daşımaq istəmirlər. Ailəni özlərinə yük, dayaq kimi yox, sadəcə bir status kimi görürlər. Evləndikdən sonra boşanma hallarının sayı artır, xəyanət isə daha çox olur. Belə vəziyyətdə ailəyə bağlı olan kişilər və qadınlar getdikcə azalmağa başlayır.

Bəzən deyirlər ki, iqtisadi problemlər bu vəziyyəti yaradır, amma inanın, istəyən insan iş tapar, pul qazanar və vaxtında hər şeyi əldə edər. Bir insan əgər evsizdirsə və ya maddi cəhətdən sıxıntı çəkirsə, evlənməsi düzgün olmaz, çünki maddi sıxıntılar baş verər və bu, ailəyə təsir edər.

Gənclər evliliyə hazır olduqda evlənməlidir. Mən düşünürəm ki, xanımlar 25-27 yaşdan sonra, kişilər isə 30-33 yaşından sonra ailə qurmalıdır. Bu zaman artıq həyatı yaşamış və öz təcrübələrini qazanmış olurlar. Belə ailələr daha uğurlu olur.

İllər öncə Sovetlər dövründə kişilər evlənəndə ailə qurduqlarına dəyər verirdilər. O dövrdə heç vaxt eşitmədim ki, kimsə ailə qursun və bir neçə ay sonra ayrılsın. Amma indi baxırıq ki, çoxları ailə qursa da, 6 ay-1 ildən sonra ayrılır. Bu doğru deyil.

Ailə quranda övladımıza "sən bununla evlənməlisən" demək doğru deyil. Övladınız kimlə istəyirsə, onunla ailə qurmalıdır. Bizim ona qarışmağa ixtiyarımız yoxdur. Sabah həmin övladlar da valideynlərin öhdəliyini yaşaya bilər və biz bunu anlayışla qarşılamalıyıq”.

Psixoloq əlavə olaraq bildirib ki, bəzən qəbul edəndə sual verirəm: "Niyə xəyanət etdiniz?" və səbəb istəyirəm:
“Valideynlərin məsləhət verdiyi qızla evlənənlər çox zaman öz istəklərinin arxasınca getməkdə çətinlik çəkirlər və bu da xəyanətə səbəb olur. Buna görə də valideynlər bu məsələlərə qarışmamalıdır. Evliliklərdə artıq qohum evlilikləri qadağan edilib, amma buna baxmayaraq, illərlə davam edən belə evliliklər var. Bu halların qarşısı alınmalıdır və cərimələr və həbs cəzaları tətbiq edilməlidir.

Bugün sosial şəbəkələrdə bahalı maşınlar, bahalı telefonlar və digər varlıqlar nümayiş etdirilir və gənclər bunları arzulayır. Bu gün hər kəs düşünür ki, həyat gözəldir, amma bu, sadəcə sosial şəbəkələrin təsiridir. Həqiqətdə isə həyat bir az daha mürəkkəbdir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri