Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ENDİ VİDEO
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlardan sonra mal ətinə tələbat azalıb. Bu isə mal ətinin qiymətinin enməsinə səbəb olub. Satıcılar ucuzlaşmanın təxminən 2 manat civarında olduğunu bildirirlər.
Demokrat.az Xəzər TV-yə istinadən xəbər verir ki, məsələn, Tovuzda iri və xırdabuynuzlu heyvan ətinin qiyməti enib.
İribuynuzlu heyvan ətinin 1 kiloqramı əvvəl 17 manat idisə, indi 15 manata təklif olunur. Xırdabuynuzlu heyvan ətində də 1-2 manatlıq ucuzlaşma müşahidə edilir. Əvvəllər 20 manata satılan quzu əti isə indi 18 manata təklif olunur.
Cəlilabadda da ətin qiymətində 1 manat-1 manat 50 qəpik arası enmə qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 16-16,50 manata satılan mal əti indi ucuzlaşıb. Hazırda mal ətinin 1 kiloqramı müştərilərə 15 manata təklif olunur. Satıcılar əlavə edirlər ki, qiymətlər düşsə də, alıcı sayı hələ də azdır.
Satıcılar bildirirlər ki, ətin qiymətinin aşağı düşməsinin bir səbəbi xəstəliklə əlaqələndirilsə də, digər səbəbi ölkəyə ucuz heyvan ətinin idxal olunmasıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Azərbaycanda ətin qiyməti yenə qalxdı
14 İyul 2025 12:34
Bakıda bəzi yerlərdə ətin qiyməti niyə ucuzdur? AÇIQLAMA
14 Oktyabr 2025 18:15
Azərbaycanda bu avtomobillərinin qiyməti endi KONKRET
12 Oktyabr 2025 23:33
Azərbaycanda ətin qiyməti 30 manat olacaq
20 Avqust 2025 16:48
Ətin qiyməti ucuzlaşdı VİDEO
10 Noyabr 2025 21:56
Baxış sayı:103
Bu xəbər 10 Noyabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları