Icma.az
close
up
RU
Azərbaycanda ətin qiyməti 30 manat olacaq

Azərbaycanda ətin qiyməti 30 manat olacaq

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ət məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Bazarlarda mal ətinin kiloqramı 30 manata qədər qalxacağı ilə bağlı məlumatlar yayılıb. Artan qiymətlər xüsusən də ailə büdcəsi məhdud olan və gündəlik rasionunda ət məhsullarına yer verən vətəndaşları narahat edir. Sosial şəbəkələrdə də ətin bahalaşması ciddi müzakirələr doğurub.

Ət məhsullarının qiymətində artımın əsas səbəbləri hansılardır – daxili bazardakı təklif-tələb balansı, yoxsa idxaldan asılılıq?

Qiymətlərin 30 manata qədər bahalaşması realdırmı, yoxsa süni şayiələrdir? Dördpendirli pizza

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bahalaşma ola bilər. Çünki ildən-ilə qoyun və keçilərin, iribuynuzlu və xırdabuynuzlu heyvanların azalması, (iribuynuzlular məhv olub gedir) iqtisadi tərəfdən yemlərin bahalaşması, örüş yerlərinin olmaması, meqapolis həyat, insanların fermerliyə, bazarda rəqabətə marağının olmaması, monopoliya təbii ki, heyvanların azalmasına və bahalaşmaya gətirib çıxarır.

A. Salamovun sözlərinə görə, kəndlinin əzildiyi bir dövrdə yaşayırıq. Məmur işbazların kəndliyə verdiyi xəstə heyvanları da mediada videolardan gördük. Bu da kəndlinin ələ salınması deməkdir. Nə vaxta kimi kəndli əziləcək, dəstək olunmayacaq o zaman da ildən-ilə bahalaşmalar olacaq. Hətta növbəti illərdə də süni ətin meydana gəlməsi prosesi də baş verə bilər. Çünki artıq süni ətin yayılması dünyada baş verib.

Qida üzrə mütəxəssis, ekspert qeyd edir ki, bu gedişlə qoyun ətinin bu dəqiqə 21-25 manat arasında dəyişdiyini görürük. Bu da 2026-cı ildə qoyun ətinin 30 manata qədər artmasına gətirib çıxara bilər. Buna da səbəb yuxarıda qeyd etdiyim problemlərdən qaynaqlanır.

Ekspert əlavə edib ki, kəndlinin böyüdülməkdə və kökəldilməkdə olan sürülər nə qədər çox olsa, rəqabət də çox olar. Rəqabət çox olanda inəyin, qoyunun, dananın, keçinin sayı da çoxalar. Say çoxaldıqca, qiymət də aşağı düşəcək. Pomidorun qiyməti aşağı düşdü. Çünki rus bazarı bağlandı, Xaçmaz pomidorunun indi yeşiyi 5 manatdır. Vaxt var idi biz pomidorun kilosunu 5 manata alırdıq. Çünki indi rəqabət yarandı və bazarlarda bolluq oldu. Deməli, biz daxili təsərrüfatımızı genişləndirsək, kəndliyə hər bir şərait yaratsaq, kəndlinin maraqları və güvənləri olsa, o zaman sürülərin də sayı çoxalacaq, örüş yerləri də olacaq, bazarda rəqabət də olacaq və beləliklə, qiymət aşağı düşəcək. Amma bu gedişlə, yəni, daxildə olan problemlərlə qiymətin aşağı düşməsi absurddur. Qiymət artımı təəssüflər olsun ki, gözləniləndir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Avqust 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri