Icma.az
close
up
RU
Azərbaycanda biabırçı hadisə: 13 yaşlı qız buna görə hamilə qalıb

Azərbaycanda biabırçı hadisə: 13 yaşlı qız buna görə hamilə qalıb

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağcabədidə 23 yaşlı oğlanla 13 yaşlı qızın nişanlanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İşin maraqlı tərəfi mərasimdən sonra baş verənlərdir. Belə ki, ailələr qızın 18 yaşı olanda rəsmi nikah bağlamaqla bağlı razılığa gəliblər. Lakin nişanın ardınca cütlüyün cinsi münasibətə girdiyi və qızın hamilə olduğu ortaya çıxıb. Bununla bağlı fikirlər isə birmənalı deyil. Bir qisim şəxs oğlanı yetkinlik yaşına çatmayan şəxslə cinsi münasibətdə ittiham edir, valideynlər haqda cəza tədbirlərinin vacibliyini vurğulayır. Digərləri isə “Əvvəlki dövrdə belə şeylər çox olub, normaldır”, “İranda qanuni nikah yaşı 13-dür, burada nə var ki?” və sair kimi fikirlərlə hadisəyə haqq qazandırmağa çalışır. Bu yanaşma isə əksəriyyətin narahatlığına səbəb olub, cəmiyyətin uçuruma doğru getdiyi bildirilir.

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, ölkəmiz nə İran, nə də qədim Ərəbistandır.

“Azərbaycanın qanunları var, nikah yaşı bəllidir. 13 yaşında cinsi əlaqəyə məcburetmənin cinayət tərkibli olduğunu hamı yaxşı bilir. Ona görə də bu məsələdə heç kim məsuliyyətdən yaxa qurtara bilməz. Nişanlanma rəsmi mərasim deyil. Beşikkəsmə, göbəkkəsmə, nişan – bunlar müəyyən yaşda mümkün ola bilər. Yəni dövlət ailəyə hər hansı cəza tətbiq edə bilməz. Çünki ortada rəsmi vəziyyət yoxdur. Sadəcə qarşı tərəflər bir-birinə söz verir. Amma rəsmiləşdirəndə onlar artıq dövlətin bütün qanunlarına əməl etmək məcburiyyətindədirlər”.

Lalə Mehralı

Sosioloqun sözlərinə görə, bu insanlar dövlətdən məcburi razılıq almaq üçün belə addım atıblar:

“İstəyiblər, qız hamilə qalsın və dövlət məcbur olub nikaha icazə versin. Lakin bir şeyi unudublar ki, 13 yaşında hamilə qalmaq cinayət tərkibi daşıyır. Əvvəlki vəziyyətdə 17 yaşında məcburi hallar üçün nəzərə alına bilərdi, amma o da ləğv edilib. Belə vəziyyətdə oğlan da, bunlara göz yuman şəxslər də qanuna uyğun olaraq məsuliyyət daşıyacaqlar”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Mart 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri