Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 1981-ci il təvəllüdlü Ş.Muxtarova (şərti) hökm oxunub.
"Bakupost " “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində onun barəsindəki iş üzrə proses başa çatıb.
Ətraflı
Bildirilib ki, Laçın rayonundan olan Ş.Muxtarov 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarınadək müxtəlif vaxtlarda Bərdədə dostunun evində həmin şəxsin qızı ilə intim münasibətdə olub. 2024-cü ildə qızın hamilə olması üzə çıxdıqdan sonra onun barəsində yerli polis şöbəsində cinayət işi açılıb və həbs edilib.
Ş.Muxtarovun barəsindəki məhkəmə prosesi isə nəhayət bir neçə gün əvvəl başa çatıb. Təqsirləndirilən şəxs və zərərçəkmiş qız ifadələrində könüllü şəkildə münasibətdə olduqlarını, bir-birlərini bəyəndiklərini bildiriblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsi Ş.Muxtarovu Cinayət Məcəlləsinin 152.4.1-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma-təkrar törədilməklə) maddəsi ilə təqsirli bilib. Ona 6 il həbs cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 15 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















