Azərbaycanda bir ilk: Xəstə üzərində məsafədən cərrahiyyə əməliyyatı icra olundu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan səhiyyəsində ilkə imza atılıb. Belə ki, ilk dəfə Azərbaycan və Çin cərrahları birlikdə xəstə üzərində məsafədən və eyni anda robotik cərrahiyyə əməliyyatını icra ediblər.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, respublikada laporoskopik əməliyyatların aparılması çox geniş vüsət alıb: "65 yaşlı qadın uşaqlıq xəstəliyi ilə əlaqədar cərrahi əməliyyat olunub. Bu nailiyyəti əldə etmək çox böyük bir zəhmət, məsuliyyət tələb edir. Buna baxmayaraq, cərrahlarımız bu məsuliyyəti üzərlərinə götürdülər və əməliyyatı uğurla həyata keçirdilər".
Qeyd edək ki, adıçəkilən əməliyyat "Robotik Cərrahiyyə Körpüsü-2025" adlı beynəlxalq tədbir çərçivəsində həyata keçirilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Azərbaycanda bir ilk: Xəstə üzərində məsafədən cərrahiyyə əməliyyatı icra olundu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 17 Oktyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















