Icma.az
close
up
RU
Yerli ürək ağciyər aparatı xəstə üzərində istifadə olundu İLK DƏFƏ

Yerli ürək ağciyər aparatı xəstə üzərində istifadə olundu İLK DƏFƏ

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu bildirib ki, “Türkiyə səhiyyə sənayesində artıq tədricən işartılarını gördüyümüz uğurları reallaşdırmağa başlayıb. Cənab Prezidentin rəhbərliyi ilə qorunan, inkişaf etdirilən səhiyyə sahəsində Türkiyə Əsrini yaşatmaq üçün əlimizdən gələni edirik”.

Sherg.az xəbər verir ki, nazir Ankara Bilkent Şəhər Xəstəxanasında ilk dəfə yerli istehsal olan “LIFELINE HLM” ürək-ağciyər aparatı ilə əməliyyat edilən Bülent Yeniayanı ziyarət edib, həkimlərdən xəstənin vəziyyəti və görülən işlər barədə məlumat alıb.

Jurnalistlərə açıqlama verən Memişoğlu bu günü onlar üçün qürur günü adlandıraraq, hadisənin Türkiyə təbabəti və səhiyyə sənayesi baxımından mühüm dönüş nöqtələrindən biri olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, ASELSAN tərəfindən yerli istehsal olunan və mühəndislərlə həkimlərin birgə əməkdaşlığı nəticəsində hazırlanan ürək-ağciyər aparatı təxminən 5-6 ay əvvəl heyvanlar üzərində sınaqları uğurla başa vurub. Bu cihaz vasitəsilə ilk əməliyyat Ankara Bilkent Şəhər Xəstəxanasında həyata keçirilib.

Memişoğlu əməliyyat olunan xəstəni ziyarət etdiklərini qeyd edərək deyib:

“Cihaz yerlidir, məkan yerlidir, xəstə yerlidir. Türkiyə səhiyyə sənayesi artıq vəd etdiyi uğurları reallığa çevirməyə başlayıb. Prezidentimizin rəhbərliyi ilə inkişaf etdirilən səhiyyə sahəsində Türkiyə Əsrini qurmaq üçün çalışırıq”.

Nazir baş həkimdən ASELSAN əməkdaşlarına, mühəndislərdən səhiyyə işçilərinə qədər bu layihədə əməyi olan hər kəsə təşəkkür edib və birlikdə çalışdıqda əldə olunmayacaq heç bir uğurun olmadığına inandığını bildirib.

O vurğulayıb ki, Türkiyə səhiyyə texnologiyaları və tibbi avadanlıq istehsalı sahəsində dünyanın aparıcı ölkələrindən birinə çevriləcək:

“Biz buna Prezidentimizin rəhbərliyi altında çalışırıq. Əslində isə burada çalışan insanların bacarığı və uğuru sayəsində nəticə əldə edilir. Mühəndislər, həkimlər və bütün səhiyyə işçiləri bizim qəhrəmanlarımızdır. Onlar bir araya gəldikdə dünyanın ən müasir texnoloji cihazlarını yerli imkanlarla istehsal edə bilirlər və bu gün həmin cihaz vasitəsilə xəstəmizə şəfa verirlər”.

Memişoğlu bildirib ki, Türkiyə hər zaman yaxşılığın və haqqın tərəfində olub, türk xalqı isə ehtiyac içində olan insanlara yardım etməyə çalışıb.

Nazir qeyd edib ki, bu gün Türkiyənin dörd bir tərəfində ürək əməliyyatları və ürək angioqrafiyası aparmaq mümkündür:

“Hakkaridən İstanbula, İzmirdən Trabzona qədər hər yerdə ürək əməliyyatları və ürək angioqrafiyaları həyata keçirilə bilir”.

O, həmçinin insanların ürək xəstəlikləri yaranmadan əvvəl sağlam həyat tərzinə üstünlük verməsinin vacibliyini vurğulayıb, tütün istifadəsindən, hərəkətsizlikdən və artıq çəkidən uzaq durmağa çağırıb.

ASELSAN tərəfindən hazırlanan, heyvan sınaqları və klinik tədqiqatları Türkiyə Səhiyyə İnstitutları Başqanlığı tərəfindən həyata keçirilən “LIFELINE HLM” ürək-ağciyər aparatı Ankara Bilkent Şəhər Xəstəxanasında icra olunan açıq ürək əməliyyatında ilk dəfə uğurla istifadə edilərək klinik tətbiq mərhələsinə keçib.

Ankarada yaşayan, koronar arteriya xəstəliyi diaqnozu qoyulan 51 yaşlı Bülent Yeniayaya tətbiq edilən koronar arteriya şuntlama əməliyyatı zamanı cihaz xəstənin qan dövranı və oksigenlə təminat funksiyalarını öz üzərinə götürərək cərrahiyyə briqadasına dəstək verib.

İstifadəçi dostu interfeysi, dəqiq idarəetmə sistemləri və modul quruluşu ilə hazırlanmış LIFELINE HLM cihazının ilk klinik istifadəsindən əldə edilən nəticələrdən sonra digər xəstəxanalarda da geniş tətbiq olunması planlaşdırılır.

Mütəxəssislərin fikrincə, cihaz həm xəstə təhlükəsizliyinin artırılmasına, həm də Türkiyənin səhiyyə infrastrukturu və tibbi texnologiyalar sahəsində yerli istehsal potensialının gücləndirilməsinə mühüm töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 İyun 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri