Azərbaycanda bir neçə kəndin adı dəyişdirilə bilər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Sabah Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçiriləcək və Azərbaycanda bir neçə kəndin adının dəyişdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq".
Bu barədə Oxu.Az-a komissiyanın üzvü, Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, Quba rayonunda Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Vladimirovka, həmçinin Alekseyevka kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqəsinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ iclasın gündəliyinə daxil olunub.
Akademik qeyd edib ki, kəndlərin adlarının müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olması təklif edilir.
N.Cəfərov əlavə edib ki, sözügedən məsələ ilə bağlı sabah iclasda qərar veriləcək.
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 10 Mart 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















