Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sisteminin optimallaşdırılması ilə bağlı müxtəlif yanaşmalar irəli sürülür.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Modern.az-a açıqlama verib.
Ekspert bildirib ki, dərslərin başlama saatının dəyişdirilməsi gələcəkdə müzakirə oluna və bununla bağlı müvafiq qərarlar qəbul edilə bilər:
“Hazırda paytaxtda müşahidə olunan sıxlıq, eləcə də nəqliyyat infrastrukturu ilə bağlı həm metropoliten, həm də yerüstü nəqliyyat istiqamətində görülən tədbirlər bu məsələnin aktuallığını göstərir. Mövcud vəziyyət nəzərə alınaraq dərslərin başlama saatının müəyyən qədər irəli və ya geri çəkilməsi müzakirə oluna bilər.
Paytaxtda və ona yaxın ərazilərdə, xüsusilə Abşeron rayonunda əhali sıxlığı şagirdlərin sayının artmasına da səbəb olur. Nəticədə bəzi təhsil müəssisələrində üçnövbəli, digərlərində isə ikinövbəli tədris prosesi təşkil edilir. Növbələrin sayının daha da artırılması şagirdlərin fiziki yorğunluğuna, eləcə də növbəti günün dərslərinə hazırlaşmaqda çətinlik çəkmələrinə səbəb ola bilər”.
Elçin Əfəndi qeyd edib ki, yeni məktəblərin tikilərək istifadəyə verilməsi tədrisin birnövbəli sistemə keçirilməsinə imkan yarada bilər. Bu halda dərslərin başlama saatının dəyişdirilməsi də mümkün olar.
Onun sözlərinə görə, belə yanaşma həm nəqliyyat infrastrukturundakı sıxlığın azaldılmasına, həm də təhsil prosesinin daha səmərəli təşkilinə müsbət təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 15 Oktyabr 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















