Icma.az
close
up
RU
Azərbaycanda boşanmanın əsas səbəbləri gerçəkliklər və yanlış gözləntilər...

Azərbaycanda boşanmanın əsas səbəbləri gerçəkliklər və yanlış gözləntilər...

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Boşanma bu gün cəmiyyətimizin ən ağrılı mövzularından biridir. Adətən ilk addımı atan tərəf qadın olur. Bu qərarın arxasında sadəcə bir səbəb yox, bir neçə sosial və psixoloji faktor dayanır!

Hakimiyyət davası!

Bəzi qadınlar ailəni sevgi və anlayış yeri yox, “kim güclüdür?” yarışına çevirir. 
Ailə isə rəqabət yox, əməkdaşlıq istəyir.
 Atadan və qardaşından görmədiyi məişət istəklərini, həyat yoldaşından tələb etmək.
Qadın bəzən həyat yoldaşını həm maddi, həm emosional cəhətdən hər zaman tam təmin etməyə borclu sayır. 
Amma hər kişinin imkanı və gücü eyni deyil.
 
Serial illüziyası!

Televizorda, sosial şəbəkədə gördükləri “ideal həyat” obrazını öz reallıqlarında görmək istəyirlər. Amma unudurlar ki, o səhnələr ssenari, aktyor oyunu və qurmadır. Bu kimi serialların təsirinə düşmək ailədə emosional davranışların artmasına səbəb olur. 
Sosial şəbəkə təzyiqi!
Blogerlərin bir foto üçün saatlarla hazırlandığı, borca girdiyi o “saxta xoşbəxtlik” görüntüləri arxasında hansı acı hekayələr yaşadıqlarını anlamasalar da bu görüntüləri izləyən  bir çox qadın öz həyatını mənasız görür. 
“Mən ondan gözələm, niyə mən yox, başqaları bu cür kef çəkir” kimi düşüncələr psixologiyanı pozur və nəticə etibarilə ailədaxili narazılıqlara yol açır.
Təhsildən və zəhmətdən uzaqlaşmaq!
Bəzi gənc qızlar zəhmət çəkmək, oxumaq, işləmək yerinə, başqasının hesabına rahat həyat yaşamağı üstün tutur. Çünki artıq cəmiyyət belə “asudə həyat”a daha çox diqqət ayırır.
TV və media vasitəsiylə cəmiyyətə “nümunə”kimi təqdim edilən sosail media mənsubları, həmçinin bəzi üzdəniraq müğənnilər bu kimi halları sürətli təqdim etməklə adiləşdirib.
Planlı uşaq, planlı boşanma!
Bəziləri əvvəlcədən plan qurur: uşaq dünyaya gəlsin, boşanım, aliment alım. Öz ailəsində də sərbəstlik yaratmaqla “azad” yaşamağı istəyir. Amma çox zaman arzular reallığa çevrilmir, nəticədə daha ağır həyat başlayır. Müəyyən müddət sonra boşandığına peşman olur.

Psixoloji dəstək!
Ailə münaqişəsinə görə psixoloqa müraciət edən qadın, müraciət etdiyi psixoloqun ailə dəyərlərini araşdırmalıdır. Boşanmış psixoloqdan alınan məsləhətin nəticəsi, məhkəmədə yekunlaşar.

Bəs kişilər?
Məsuliyyətsiz kişi nə ailəsinə, nə də cəmiyyətə xeyir verə bilməz. Amma bir də var ki, kişi bacardığının maksimumunu edir, amma qadın onun gücündən daha artığını istəyir. Bu zaman həmin kişinin adına “məsuliyyətsiz” demək  haqsızlıqdır. 
Ədalət hər iki tərəf üçün olmalıdır.

Ən böyük faciə ailə qurmağın asan, qorumağın isə dəyərsiz sayıldığı bir dövrdə yaşamağımızdır.

İş adamı, xeyriyyəçi Rövşən Tağıyev,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri