Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu
Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.
Məlumatlara əsasən, 2024-cü il üzrə bütün səbəblərdən 1 yaşadək 1 420 uşaq ölümü baş verib. Bunlardan 178-i tənəffüs sistemi xəstəlikləri, 735-i perianatal dövrdə meydana çıxan problemlər səbəbilə olub.
Bəzi infeksion və parazitar xəstəliklər səbəbilə 47, anadangəlmə anomaliyalar, inkişaf qüsurları, xromosom pozğunluqları səbəbilə 101, travma, zəhərlənmə və digər xarici təsirlər səbəbilə 12 körpə ölümü qeydə alınıb.

Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı...
18 Avqust 2025 12:29
Ana və ya körpə ölümlərinin SƏBƏBLƏRİ
29 Aprel 2025 17:42
Azərbaycanda körpə və ana ölümlərinin sayı artıb
20 Noyabr 2024 15:52
Ana bətnində körpə ölümlərinin sayı niyə artıb? SƏBƏBLƏRİ
04 Aprel 2025 12:53

