Azərbaycanda bu avtomobillərin qiyməti bahalaşacaq Yanvarın 1 dən
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Azərbaycanda yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu qərar "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, 2026-cı ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək güzəşt 1 il ərzində qüvvədə qalacaq və bu müddətdə elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və satışı zamanı ƏDV tutulmayacaq.
Nəqliyyat eksperti Eldəniz Cəfəri bildirib ki, bu qərar yalnız elektromobilləri əhatə edir və ölkəmizə idxal olunan elektromobillərin həm gömrük, həm də əlavə dəyər vergisindən azad olması onu göstərir ki, dövlət ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində istismarında maraqlıdır:
"Yəni bu proqram davam etdirilir. Ola bilər ki, hibrid avtomobillər üçün tətbiq olunmuş əlavə dəyər vergi güzəşti ləğv edilsin. Bu ləğv edilərsə, təbii ki, idxal olunan yeni hibrid avtomobillərin qiymətində yüksəlmə olacaq və bu yüksəlmə daxildə satılan hibrid avtomobillərə də təsir edəcək".
Baxış sayı:31
Bu xəbər 24 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















