Icma.az
close
up
RU
Azərbaycanda bu kanalın adı dəyişdirildi KONKRET

Azərbaycanda bu kanalın adı dəyişdirildi KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

8 may 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Bu barədə KONKRET.az–a Audiovizual Şuradan məlumat verilib.

İclasın əvvəlində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə onun əziz xatirəsi dərin ehtiramla yad edilib. İclasda çıxış edən Şura sədri və üzvləri dahi rəhbər Heydər Əliyevin mənalı həyat yolundan danışıb, onun Azərbaycan xalqı qarşısında, müasir Azərbaycanın güclü və demokratik dövlət kimi bərqərar olmasında, media üzərində senzuranın ləğv olunmasında, Azərbaycan mətbuatının, televiziya və radiosunun inkişaf etməsində göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Ulu Öndərin həyatı, fəaliyyəti, xalq və dövlət qarşısındakı tarixi xidmətlərinin Azərbaycan mediasında, o cümlədən televiziya və radio yayımında geniş işıqlandırılması təqdirəlayiq hal kimi qiymətləndirilib, tarixi şəxsiyyətin zəngin irsinin öyrənilməsində belə materialların çoxluğunun əhəmiyyəti vurğulanıb.

Daha sonra gündəlikdə olan iki məsələyə baxılıb. “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından “İctimai Radio”nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.

İclasda daha sonra “Səhiyyə TV” televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı “Səhiyyə TV” MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının “Saf TV”-yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 May 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri