Icma.az
close
up
RU
Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı

Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə həftədə 2 dəfəyə yaxın artım var.

Modern.az xəbər verir ki, əvvəl 1500 dollara gətirilən avtomobillər üçün hazırda şirkətlər 2700-2900 dollar arası xidməthaqqı tələb edirlər.

Bu hal xüsusən də Çindən idxal edilən avtomobillərin logistik qiymətlərində özünü göstərir. Bəs buna səbəb nədir?

Çindən avtomobil idxal edərək satışını həyata keçirən şirkətlərdən birinin rəhbəri İlqar Əliyev deyir ki, ilin sonuna doğru artan tələb fonunda daşıyıcı şirkətlər qiymətləri süni şəkildə artırıb.

Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev isə hesab edir ki, qlobal konteyner daşımalarındakı qiymət artımı, limanlardakı sıxlıq və Çində logistika xərclərinin yüksəlməsi də prosesə təsir edən amillərdəndir.

Ekspertlər bildirirlər ki, bu vəziyyət avtomobillərin qiymətinə də təsirsiz ötüşməyəcək. Həmin avtomobillər güzəşt müddəti bitənə qədər gətirilib satılsa belə, logistik xərcdəki artım satış qiymətinə əlavə ediləcək. Mütəxəssislər hesab edirlər ki, növbəti ilin əvvəlindən qiymətlərin sabitləşməsi baş verə bilər. (Mənbə: Xəzər TV)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see274

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see241

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see239

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see225

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see220

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see220

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see216

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see208

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see208

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see205

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see203

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see200

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see197

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see197

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see196

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see193

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see192

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see179

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see167

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri