Icma.az
close
up
RU
Bu maşınlar bahalaşdı

Bu maşınlar bahalaşdı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatmasından sonra bazarda ötən ildən qalan avtomobillərin sayı kifayət qədər çox olub".
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev Milli.az-a açıqlamasında deyib.
"Güzəştlərin bitəcəyini bilən paralel idxalla məşğul olan şəxslər ötən il ölkəyə kifayət qədər avtomobil idxal etdilər. Nəticədə stoklarda yığılmalar baş verdi. Bu səbəbdən cari ilin ilk altı ayında paralel idxalçılar tərəfindən gətirilən yeni avtomobillər hətta ötənilki qiymətlərə, bəzi hallarda isə ondan da aşağı qiymətlərə təklif olunurdu. Lakin bu avtomobillərin sayı azaldıqca və bazara yeni avtomobillər daxil olduqca, avtomatik olaraq nizamlanma baş verdi və qiymətlər öz yerinə qayıtdı".
Müsahibimizin dediyinə görə, bəzi avtomobillərdə qiymət artımı kimi təqdim olunan dəyişikliklər əslində artım deyil. Cari ilin logistika, avtomobilin alınması və digər xərcləri nəzərə alındıqda, son dövrün xərcləri ilə ölkəyə gətirilən avtomobillər təbii olaraq həmin qiymətlərə təklif olunur:
"Mətbuatda bəzi avtomobillərin qiymətinin artdığı qeyd olunsa da, bu hal paralel idxalla gətirilən avtomobillərə aiddir. Rəsmi dilerlər tərəfindən zəmanətlə təqdim olunan avtomobillərdə ilin əvvəlindən etibarən demək olar ki, qiymət artımı müşahidə olunmur. Əksinə, rəsmi dilerlər tərəfindən müxtəlif güzəşt kampaniyaları keçirilir və bu kampaniyalar çərçivəsində avtomobilləri daha sərfəli şərtlərlə əldə etmək mümkündür".
E.Əliyev ikinci əl avtomobil bazarındakı vəziyyətə də toxunub. Onun sözlərinə görə, son iki ildə ikinci əl avtomobillərin qiyməti 40-45%-ə qədər enmişdi, xüsusilə 2025-ci ildə ikinci əl avtomobillərin qiymətlərində ciddi enmə müşahidə olunub.
E.Əliyev nəzərə çatdırıb ki, ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin müddəti başa çatdıqdan sonra insanlar yenidən bu avtomobillərə maraq göstərməyə başlayıblar. Nəticədə onların qiymətində təxminən 30-35 faizə qədər artım müşahidə olunur: Əslində bu artım yox, qiymətlərin köhnə vəziyyətə qayıtması halıdır.
"Bununla yanaşı, mühərrik həcmi böyük olan, xüsusəndə buraxılış ili 10 ildən yuxarı olan  avtomobillərə tələbat azaldığı üçün həmin nəqliyyat vasitələrinin qiymətləri aşağı səviyyədə qalır və onlarda ciddi qiymət artımı yoxdur. Mühərrik həcmi kiçik olan avtomobillərdə, xüsusilə hibrid nəqliyyat vasitələrində isə qiymət artımı müşahidə olunur".
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Avqust 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri