Icma.az
close
up
RU
Azərbaycanda bu məhsullar sürətlə bahalaşır Sabiq nazir vacib detalları açdı

Azərbaycanda bu məhsullar sürətlə bahalaşır Sabiq nazir vacib detalları açdı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son aylarda Azərbaycanda ərzaq məhsullarının qiymətlərində müşahidə olunan bahalaşma cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə ət, süd məhsulları, yumurta və gündəlik tələbat mallarının qiymət artımı ailə büdcəsinə birbaşa təsir edir. Vətəndaşlar bazarlarda və marketlərdə qiymətlərin tez-tez dəyişdiyini, bəzi məhsulların isə qısa müddətdə əhəmiyyətli dərəcədə bahalaşdığını bildirirlər. Bu vəziyyətin müvəqqəti, yoxsa uzunmüddətli tendensiya olması sual doğurur.

Azərbaycanda ərzaq qiymətlərindəki bahalaşmanın əsas səbəbləri nədir? Yaxın aylarda qiymətlərin sabitləşməsi mümkündürmü? Dövlət hansı real mexanizmlərlə bu artımın qarşısını ala bilər?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, bazarda qiymət alıcıların almaq və satıcıların satmaq istəkləri arasındakı tarazlıq nöqtəsində müəyyənləşir.

“Tarazlıq qiyməti bazarda tələb və təklif olunan malların miqdarları bərabər olduqda formalaşır. Bu, istənilən bazarın qızıl qaydalarıdır. Bizim bazarın ən böyük problemi monopoliyadır. Belə bazarlarda qiymətlərin tarazlıq nöqtəsi əsasında müəyyən olunması mümkün deyil. Bu halda qiymətlər sadəcə olaraq hansısa monopolistlər – əsasən məhsulların topdan satışını həyata keçirənlər tərəfindən diktə olunur. Buna dair yüzlərlə nümunələr gətirmək mükündür”.

Fikrət Yusifov

Sabiq nazirin sözlərinə görə, ölkədə ərzaq məhsullarının qiymətlərində baş verən artımların digər böyük səbəbi yerli istehsalın kifayət qədər olmamasıdır:

“Bu gün yerli istehsal ölkənin ərzaq məhsullarına olan təlabatının ortalama 1/4-ni, yəni hardasa 25%-ni təmin edir. Bu sahədə bazarımız idxaldan birbaşa asılıdır. Bu isə o deməkdir ki, yerli bazar eyni zamanda dünya ərzaq bazarından bilavasitə asılı vəziyyətdədir. Son nümunə İranda baş verən hadisələrdir. 2024-cü ildə İranla ticarət dövriyyəmiz 647,0 milyon ABŞ dolları (2025-ci ildə də təqribən bu qədər) olub ki, bunun da 98%-ə yaxını idxalın payına düşür. İrandan bu idxalın böyük bir payını ərzaq məhsulları təşkil edir. Hamımız şahidik ki, İranda baş verən son hadisələr idxalla bağlı problemlər yaratdığı üçün bazarda İran məhsullarının qiymətləri artıb”.

F.Yusifov bildirib ki, belə halların qarşısının alınması üçün ərzaq məhsullarının yerli istehsalını durmadan artırmalıyıq:

“Bunun üçün inkişaf etmiş ölkələrin ərzaq məhsullarının istehsalı sahəsində keçdiyi yol, əldə etdikləri təcrübələr var, onlardan yararlanmaq lazımdır. Ölkədə kənd təsərrüfatı, xüsusən heyvandarlıq məhsullarının istehsalının azalmasının ən böyük səbəbi illər əvvəl regionlardakı örüş yerlərinin məmur ordusu tərəfindən talan edilərək əkin sahələrinə çevrilməsidir. Nəticə göz qabağındadır. Rəsmi statistika göstərir ki, 2016-cı illə müqayisədə ölkədə qaramalın sayı 242,7 min baş, davarların sayı isə 1 milyon 780 min başdan çox azalıb. Buna çoxlu digər nümunələr də gətirmək mükündür. Bir sözlə, bu illər ərzində ölkədə kənd təsərrüfatının inkişafına ayrılan vəsaitlərin həcminin durmadan artmasına baxmayaraq, heyvandarlıq sahəsində yaranmış hazırkı durum acınacaqlıdır. Ona görə də bu gün zəif inkişaf etmiş ölkələrdən ət idxal edirik. Hesab edirəm ki, hökumətin aqrar sektorun inkişafına yanaşması kökündən dəyişdirilməlidir. Dünyada ərzaq qıtlığının getdikcə artdığı indiki dönəmdə bu, olduqca vacibdir…”

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri