Icma.az
close
up
RU
Azərbaycanda bu məhsulların bazarı da xaricdən asılıdır: Vyetnam, Hindistan...

Azərbaycanda bu məhsulların bazarı da xaricdən asılıdır: Vyetnam, Hindistan...

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Ötən ilin ilk 10 ayında Azərbaycan 981 min ABŞ dolları dəyərində 547 ton sarıkök idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 faiz artım, kəmiyyət baxımından isə beş faiz azalma deməkdir. Təkcə sarıkök deyil, bir sıra digər ədviyyatlar üzrə də bazar əsasən idxal hesabına formalaşır. Bəs Azərbaycan niyə ədviyyat baxımından idxaldan asılıdır? Ölkədə ən çox hansı ədviyyatlara ehtiyac var və bu tələbat hansı məhsullarda daha çox cəmlənir? Yerli istehsalın payı niyə hələ də məhduddur və ədviyyat bazarının əsas problemləri nələrdir?

Ən çox satılan ədviyyatlar

“Nid” ədviyyat şirkətinin satış müdiri İqbal Yasərlinin sözlərinə görə, Azərbaycanda ən çox satılan ədviyyatlar sarıkök, istiot və sumaqdır: “Bunlar ənənəvi ədviyyatlar hesab olunur. Bayram dövrlərində isə zirinc, zirə, razyana və hilə tələbat artır. Son illər xarici mətbəxlərdə istifadə olunan ədviyyatlara da maraq yüksəlib. Məsələn, kimyon, ugindi, kətan və çia toxumu kimi məhsullar daha çox istifadə olunur. Halbuki 3-5 il əvvəl bu ədviyyatlar istehlakçılar üçün o qədər də maraqlı deyildi. Hazırda ən çox istifadə olunan ədviyyatlar sırasında darçın, sumaq, sarıkök, istiot, nanə, reyhan, kəklikotu və mixək yer alır”.
İ.Yasərlinin fikrincə, istiot, sarıkök və zəncəfil xarici bazar məhsullarıdır, çünki bu bitkilər Azərbaycanda yetişmir və iqlim buna imkan vermir: “Yerli istehsal əsasən dağ sumağı, dağ kəklikotusu və nanə ilə məhdudlaşır. İstiot Çindən və Vyetnamdan gətirilir. Keyfiyyət baxımından Vyetnam mənşəli istiot daha üstün hesab olunur. Sarıkökdə isə Hindistandan gətirilən məhsullar daha keyfiyyətli sayılır”.

“Alıcı keyfiyyətli məhsula üstünlük verir”

Satış müdiri bildirdi ki, məhsullar hazır üyüdülmüş formada deyil, əsasən dənə və ya çubuq şəklində alınır: “Məsələn, istiot dənə şəklində, sarıkök, zəncəfil və darçın isə çubuq formasında tədarük olunur və üyüdülmə prosesi yerində həyata keçirilir. Qiymətlərin formalaşmasına ən çox təsir edən amillər yanacaq qiymətləri, logistika xərcləri və gömrük rüsumlarıdır”.
İ.Yasərli bildirdi ki, əvvəllər istehlakçılar əsasən ucuz məhsullara üstünlük verirdisə, indi keyfiyyət daha ön plana çıxır: “Qiyməti aşağı olan məhsulu alan alıcı, adətən, ikinci dəfə həmin məhsulu seçmir. Məsələn, sarıkök 60 qəpik-1 manat aralığında satılsa da, alıcı bir qədər baha olsa belə, keyfiyyətli məhsula üstünlük verir”.

“Ədviyyatlar gün işığına məruz qalmamalıdır”

Müsahibimizin sözlərinə görə, bazarda müəyyən problemlər də mövcuddur: “Sağlam rəqabət mühiti tam formalaşmayıb, istehsalçılar məhsullara fərqli qiymətlər təyin edirlər. Azərbaycanda bir çox istehsalçı faktiki olaraq yalnız qablaşdırma ilə məşğuldur. Bəzi hallarda məhsul baha alınıb baha satılır, bəzi hallarda isə keyfiyyətsiz məhsullar ucuz qiymətə bazara çıxarılır. Ədviyyatlar gün işığına məruz qalmamalıdır. Lakin bəzi istehsalçılar məhsulları şəffaf qablaşdırmada təqdim edir və bu zaman günəşlə təmas yaranır. Məsələn, mixək günəş altında efir yağını itirə və sellofanla təmasda kimyəvi reaksiyalar baş verə bilər”.

“İdxaldan asılılıq davam edəcək”

İqtisadçı Akif Nəsirli isə bildirdi ki, hazırda Azərbaycanda ən çox satılan ədviyyatlar sarıkök, qara istiot, qırmızı istiot, darçın, mixək, zəncəfil, zirə, keşniş toxumu, sumaq və dəfnə yarpağıdır. Gündəlik mətbəxdə geniş istifadə olunan bu məhsullar həm pərakəndə satışda, həm də ictimai iaşə sektorunda əsas paya malikdir: “Xüsusilə sarıkök, qara və qırmızı istiot sabit, yüksək tələbatlı məhsullar sayılır. Ölkədə ən çox ehtiyac olan ədviyyatlar yerli iqlim şəraitində yetişdirilməsi çətin və ya mümkün olmayan tropik və subtropik mənşəli məhsullardır. Bunlara sarıkök, qara istiot, darçın, mixək və zəncəfil daxildir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanda bəzi ədviyyatların yerli istehsalı mövcuddur: “Sumaq, dəfnə yarpağı, keşniş, şüyüd toxumu, reyhan, nanə, zəfəran və qırmızı bibər ölkə daxilində yetişdirilir. Bununla belə, sarıkök, qara istiot, darçın, mixək və zəncəfil əsasən Hindistan, İran, Vyetnam, İndoneziya və digər ölkələrdən gətirilir. İqlimə uyğun olan məhsullar üzrə istehsalın artırılması mümkündür. Zəfəran, qırmızı bibər, keşniş, zirə, sumaq, dəfnə, reyhan və digər aromatik otların istehsalının genişləndirilməsi real hesab olunur. İstixana şəraitində zəncəfil kimi bəzi məhsulların məhdud miqyasda becərilməsi mümkün olsa da, bu, bazarın ümumi tələbatını tam qarşılamaq üçün kifayət etmir. Real ssenaridə ümumi asılılığın təxminən 20–30 faiz azalması mümkün hesab edilir. Lakin tropik məhsullar üzrə asılılıq qalmaqda davam edəcək”.

Hansı ədviyyatlar daha keyfiyyətlidir?

A.Nəsirlinin sözlərinə görə, hazırda ədviyyatların qiymətlərində artım müşahidə olunur: “Xüsusilə sarıkök, zəncəfil və qara istiot kimi məhsullarda son illər qiymət artımı daha qabarıq hiss edilir. Qiymətlərin formalaşmasına qlobal bazar, valyuta məzənnəsi, logistika xərcləri, idxal rüsumları və daxili bazarda rəqabətin səviyyəsi təsir göstərir. Əsas təsir qlobal bazardan gəlsə də, nəqliyyat xərcləri bu prosesi daha da sürətləndirir. Keyfiyyət baxımından Hindistan, Vyetnam, Şri-Lanka və İndoneziya mənşəli məhsullar daha üstün hesab olunur. İran bəzi ədviyyatlarda qiymət və keyfiyyət balansına görə bazarda güclü mövqeyə malikdir. Türkiyə isə əsasən qablaşdırma və emal olunmuş məhsullarla seçilir”.

Ədviyyat qiymətləri

Sarıkök (zərdəçal): Marketlərdə 20 qramı təxminən 40 qəpik, 50 qramı 2 manat, 80-100 qramlıq paketlər isə 1,8-3,35 manat aralığında satılır. Orta hesabla 100 qram üçün qiymət 2-3 manat təşkil edir. Qırmızı bibər/pul bibər: 15 qramlıq paketlər 65-70 qəpikdir. 40 qramlıq qablaşdırmalar 1,4-2,8 manat, 50-70 qramlıq paketlər isə 2,5-2,8 manat aralığındadır. 100 qram üçün orta qiymət 2,3-2,5 manatdır. Qara istiot: 15 qramlıq paketlər 75 qəpik-1,35 manat, 50 qramlıq paketlər 3,9-4 manat, 100 qramlıq qablaşdırmalar isə 4,5-4,8 manat aralığındadır. Orta hesabla 100 qram üçün qiymət 4 manatdan yuxarıdır. Hil: 5 qramlıq dənəvər paketlər təxminən 2 manat, 10 qramlıq paketlər 0,9-1,45 manatdır. Bu da 100 qram üçün təxminən 15-25 manat deməkdir. Mixək: 15 qramlıq paketlərdə qiymət 3 manatdan yuxarı, 50 qramlıq qablaşdırmalarda isə təxminən 4,5 manatdır. 100 qram üçün qiymət 9-20 manat aralığında dəyişir. Darçın (çubuq): 18-45 qramlıq paketlər 2,5-4,8 manat aralığında satılır. Bu da 100 qram üçün təxminən 12-18 manatlıq qiymət deməkdir. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:909
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri