Icma.az
close
up
RU
Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər Siyahı yayıldı

Azərbaycanda bu nazirliklər və qurumlar birləşə bilər Siyahı yayıldı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanda gələn il genişmiqyaslı struktur islahatlarının aparılacağına dair iddialar yenidən gündəmə gəlib. Bu kontekstdə dörd nazirliyin ləğvi, bir neçə komitənin isə Maliyyə Nazirliyinə birləşdirilməsi təklif olunur. Bildirilir ki, 2026-cı ilin fevral ayında bəzi nazirlərin yeri dəyişəcək və bir sıra vəzifəli şəxslər postlarını itirəcəklər.

Qurumların ləğvinə və birləşdirilməsinə ehtiyac varmı? İddialar nə dərəcədə realdır?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu cür islahatlar bir neçə məqsədə xidmət edir:

“Oxşar funksiyaları yerinə yetirən qurumların birləşdirilməsi bürokratiyanı azalda və qərarvermə prosesini sürətləndirə bilər. Eyni zamanda maliyyə qənaəti əldə etmək mümkündür, çünki ayrı-ayrı qurumların xərcləri birləşdirilir. Koordinasiya və strateji yanaşma da yaxşılaşır. Məsələn, Energetika Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə bağlı bu addımın atılması enerji siyasətinin iqtisadi təsirləri ilə daha uyğun koordinasiyasına imkan yaradır”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, iddialar gerçək olarsa, risklər də qaçılmazdır:

“Yəni vətəndaşlara xidmətin gecikməsi və ya çətinləşməsi, həmçinin ixtisaslaşmanın azalması mümkündür. Xüsusilə Fövqəladə Hallar Nazirliyinin (FHN) funksiyalarının müxtəlif qurumlara paylanması idarəetmədə parçalanma yarada bilər. Lakin daxili təşkilati sarsıntı da nəzərə alınmalıdır. Çünki struktur dəyişdikdə bu, əməkdaşların motivasiyasına və işin davamlılığına təsir göstərə bilər”.

Akif Nəsirlinin sözlərinə görə, dünya təcrübəsində belə birləşdirmələr həm uğurlu, həm də uğursuz olub:

“ABŞ və Avropa ölkələrində oxşar funksiyaları birləşdirən super-nazirliklər yaradılıb, amma hər zaman səmərəli olmayıb. Azərbaycanda da əvvəllər nazirliklərin birləşdirilməsi və agentliklərin tərkibinə verilməsi halları yaşanıb, bəzən idarəetmə sadələşib, bəzən isə mürəkkəblik artıb. Bu qərarın doğru və ya yanlış olduğunu demək çətindir. Çünki onun effektivliyi icraatın keyfiyyətinə, strukturun düzgün planlaşdırılmasına və resursların idarə edilməsinə bağlıdır”.

Qeyd edək ki, modern.az saytının araşdırmasına görə birləşdirilməsi ehtimal olunan qurumların sıralaması belədir:

– Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidməti Maliyyə Nazirliyinin tərkibində birləşəcək;

– Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, axtarış-xilasetmə, fövqəladə halların idarə olunması müxtəlif qurumlara həvalə olunacaq;

– Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə birləşdiriləcək;

– Mədəniyyət, Gənclər və İdman Nazirliklərinin bir çətir altında birləşdirilməsi;

– Energetika və İqtisadiyyat nazirliklərinin birləşdirilməsi;

– Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birləşdirilməsi;

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə veriləcək;

– Bundan başqa, dövlət komitələri, agentliklərin də perspektivdə birləşdirilməsi və ya ləğv edilməsi.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri