Icma.az
close
up
RU
Azərbaycanda həkimləri qorxuya salan əməliyyat: siyahı yayıldı Pərdəarxası

Azərbaycanda həkimləri qorxuya salan əməliyyat: siyahı yayıldı Pərdəarxası

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son günlər Azərbaycanda rüşvət yolu ilə həkimlik fəaliyyəti göstərən şəxslərlə bağlı yayılan iddialar cəmiyyətdə ciddi narahatlıq doğurub. Bildirilir ki, bəzi şəxslər yüksək məbləğdə rüşvət verməklə saxta sertifikatlar əldə edib və illərdir müxtəlif tibb müəssisələrində çalışıblar. Hətta yerli mediada sözügedən həkimlərin siyahısı və aldıqları məbləğlər yayılıb.

Xatırladaq ki, ötən ilin dekabrında Səhiyyə Nazirliyində keçirilən əməliyyat zamanı bir qrup şəxs plastik cərrahlar üçün saxta sənədlər hazırlamaqda ittiham olunaraq saxlanılmışdı. Artıq bir ildən çoxdur davam edən bu proses fonunda vaxt-vaxtı ilə yeni ifşa siyahılarının yayılması suallar doğurur.

Görülən tədbirlər kifayət edirmi? Saxta həkimlərin qarşısını almaq üçün daha hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, səhiyyədə baş verən bu təmizləmə işləri bir müddət kimlərisə belə saxtakarlıqlardan çəkindirəcək və qorxu yaranacaq:

“Amma ara sakitləşəndən sonra düşünürəm ki, yenə də hər kəs öz bildiyini etməyə davam edəcək. Problemin kökü sertifikasiya və kadr idarəçiliyi sisteminin köhnə olması ilə bağlıdır. Səhiyyə sahəsində rüşvətə şərait yaradan sistem boşluqları mövcuddur. Məsələn, tibb müəssisələrində daxili audit mexanizmləri zəifdir. Həkimin bilik və bacarığı sistemli şəkildə yoxlanılmır. Digər problem kadr çatışmazlığıdır. Çünki yaxşı kadrlar bazarı doldurmayanda ortaya belə saxta yollarla həkim olanlar çıxır. Önəmli problemlərdən biri də şəffaf, rəqəmsal və izlənə bilən sistemin olmamasıdır. Təkcə saxta həkimi tapıb işdən çıxarmaq məsələni həll etmir. Bu addım ancaq mövcud saxtaları təmizləyə bilər, lakin gələcəkdə baş verə biləcəklərin fundamental olaraq qarşısını almır. Sistemdəki boşluq yenə doldurulur”.

Nərmin Abbaslı

Mütəxəssis bildirib ki, rəqəmsal sertifikat sistemi olmalıdır:

“Həkimin bütün karyerası elektron izlənməlidir. Bu, ictimaiyyətə açıq olmasa da, dövlət və xəstəxanalar üçün şəffaflıq vacibdir. Həmçinin Davamlı Tibbi Təhsil məcburi olmalıdır. İnkişaf etmiş ölkələrdə həkimlər hər il müəyyən saat təhsil almazsa, işə buraxılmır. Bizdə isə həkim 20 il özünü təkmilləşdirməyə bilər. Düzdür, Azərbaycanda həkim 5 ildən bir imtahan və ya sənəd prosesindən keçir. Lakin bu müddət ərzində illik məcburi təlim saatları, praktiki bacarıq yenilənməsi, “klinik səriştə qiymətləndirilməsi” kimi prosedurlar yoxdur və ya zəif tətbiq edilir. Çoxu üçün isə bu proses “kağız üzərində” olur.

Bundan əlavə Müstəqil Tibb Palatası yaradılmalıdır. Avropa ölkələrində həkimlərin lisenziyasına dövlət yox, Müstəqil Tibb Palatası nəzarət edir. Lisenziya qaydalarını həkimlərin öz kollegiyası müəyyən edir. Bu, həm peşə nüfuzunu, həm də təhlükəsizliyi artırır. Yəni sistem dəyişməsə, saxta həkim problemi yenə olacaq. Biz tək-tək həkimləri yox, sistemdəki səhvləri, boşluqları düzəltməliyik ki, inkişaf edə bilək”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri