Icma.az
close
up
RU
Azərbaycanda bu partiyalara 40 min manata yaxın vəsait VERİLƏCƏK

Azərbaycanda bu partiyalara 40 min manata yaxın vəsait VERİLƏCƏK

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda gələn il siyasi partiyalara ayrılacaq vəsait artırılacaq. Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında bu barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır.

Büdcə layihəsinin ilkin variantında partiyalar üçün 5 milyon manatın artırılması nəzərdə tutulmuşdu. Beləliklə, gələn il siyasi partiyalara 6 milyon vəsait ayrılacaq.

Modern.az gələn il parlamentdə təmsil olunmayan partiyalara nə qədər vəsait ayrılacağını araşdırıb.

Qeyd edək ki, Azərbaycanda hazırda 26 siyasi partiya fəaliyyət göstərir.  Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qeydiyyatda olan siyasi partiyaların 25-i iştirak edib.  Onların 11-i parlamentdə təmsil olunur.

Ötən il qüvvəyə minən “Siyasi partiyalar haqqında" qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalar dövlətdən yardım ala biləcək.

Sözügedən qanuna əsasən, dövlət büdcəsindən ayrılan vəsaitin 5 faizi seçkilərdə iştirak edib səs toplayan, ancaq parlamentə düşə bilməyən partiyalara ayrılacaq. Yəni, 2025-ci ildə 15 siyasi partiyaya təxminən 300 min manat vəsait ayrılması nəzərdə tutulub. Vəsaitin yarısı partiyalar arasında bərabər (hər bir partiyada 10 min manatdan artıq), yarısı isə parlament seçkilərində topladıqları səsə əsasən bölünəcək.

Sonuncu parlament seçkilərində parlamentə düşə bilməyən partiyalar arasında ən çox səs toplayanlar Müsavat Partiyası, Ağ Partiyası, Ümid Partiyası olub. Onlara yuxarıda nəzərdə tutulan maliyyədən əlavə 23-30 min manat arası vəsait veriləcək.  Yəni, bu partiyalara il ərzində təxminən 33-40 min mant arasında maliyyə yardımı ediləcək.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azərbaycan Xalq Partiyası (AXP) və Azad Vətən partiyalarına topladıqları səsə görə əlavə 10 min manatdan artıq vəsait ödənilməsi gözlənilir.

Digər partiyalara isə daha az – 1-6 min manat arasında vəsait ayrılacağı ehtimal edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri