Icma.az
close
up
RU
Partiyalara veriləcək pul artırılır ŞƏRH

Partiyalara veriləcək pul artırılır ŞƏRH

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əli Orucov: "Az-çox imkanı olan şəxslər müxalif  partiyalarla məsafəli davranırlar"


Felmar Ələkbərli: "Partiyaların maliyyə imkanlarının artırılması ölkədə siyasi mədəniyyəti formalaşdırır"


Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1 milyon manat və ya 20 faiz artırılır. “Siyasi partiyalar haqqında” qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40 faizi parlamentə düşən partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. Qeyd edək ki, ötən il Azərbaycanda 26 siyasi partiya qeydiyyatda olub. 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb. 


AMİP Siyasi Şurasının üzvü Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi müsbət haldır. Partiya funksioneri qeyd edib ki, partiyaların sponsorlardan asılılığını minimuma endirməklə yanaşı onların sərbəst fəaliyyət göstərmək imkanlarını stimullaşdırır:

 "Lakin siyasi partiyalara ianə və maliyyə yardımlarının edilməsi istiqamətində problemlər qalmaqdadır. Bunun da müəyyən səbəbləri var. Maliyyə resursları bəlli çevrələrin əlində cəmləşib. Az-çox imkanı olan şəxslər müxalif partiyalarla məsafəli davranırlar. Gələn ilin dövlət büdcəsindən ayrılan 20 faiz vəsaitin siyasi partiyaların problemlərini tam həll edəcəyini, effektliyi artıra biləcəyini hesab etmirəm. Maliyyə hər şeyi həll etmir. Siyasi partiyalar tam müstəqil və sərbəst olmalı, qeyri-rəsmi məhdudiyyətlər aradan qaldırılmalıdır. Ədalətli yanaşma olmalıdır. Partiya var ki, tək sədrdən ibarətdir. Yaxud parlamentdə təmsil olunsa da, cəmiyyətin ictimai-siyasi həyatında yoxdur. Bütün bunlarla yanaşı, partiyalara ayrılan vəsaitlərin hər il artırılması siyasi təsisatların inkişafına sözsüz ki, öz müsbət təsirini göstərəcək". 


Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Felmar Ələkbərli də "Sherg.az"a deyib ki, dövlət büdcəsində siyasi partiyalar üçün nəzərdə tutulan vəsaitin artırılması müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, bu artım partiyaların öz işini qurması və gücləndirməsi baxımından dövlətin böyük dəstəyidir: 

"Bu addım heç şübhəsiz ki, siyasi partiyaların daha da güclənməsinə rəvac verəcək, onların fəaliyyətinin stimullaşması üçün zəmin yaradacaq. Ayrılan vəsait partiyanın minimal xərclərini ödəmək iqtidarındadır. Güclü siyasi partiyaların varlığı və onların proseslərdə aktiv iştirakı siyasi tablonu daha da rəngarəng, maraqlı edir. Eyni zamanda partiyanın maliyyə imkanları genişləndikcə, paralel fonda potensial imkanları da artır. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti dövlətçiliyə bağlı, milli maraqları hər şeydən üstün tutan partiyalardır. Onların güclənməsinin ölkəyə yalnız xeyri ola bilər. Partiyaların maliyyə imkanlarının artırılması həm ölkədə siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarır, həm də siyasi partiyaların digər başqa məqsədli qüvvələrdən asılılığını minimuma endirir. Bu da dövlətçiliyimiz üçün vacib məqamlardan biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri