Icma.az
close
up
RU
Azərbaycanda bu şəhərin icra hakimiyyəti 1,6 milyonluq texnikalar alacaq

Azərbaycanda bu şəhərin icra hakimiyyəti 1,6 milyonluq texnikalar alacaq

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Naxçıvan Şəhər İcra Hakimiyyəti kommunal təyinatlı texnikaların satın alınması üçün müsabiqə elan edib.

BAKU.WS-in məlumatına görə, müsabiqənin ümumi dəyəri 1.576.810 AZN təşkil edir və müxtəlif texnikaların alınmasını nəzərdə tutur.

Müsabiqə 6 mart 2025-ci ildə elan olunub və təkliflərin təqdim edilmə müddəti 22 aprel 2025-ci il, saat 10:00-dək davam edəcək. Eyni gün müsabiqə çərçivəsində təqdim edilən zərflərin açılışı nəzərdə tutulur.

Alınacaq texnikalar bunlardır:

Su maşını (10 tonluq) – Su çəninin həcmi 9.000 - 12.000 litr, mühərrik gücü 275 - 320 a.g, mexaniki sürətlər qutusu, EURO-5 standartına uyğun.

Yol süpürgə maşını – 7-8 m³ həcmli, çirkli və təmiz su çənləri ilə təchiz olunmuş, paslanmaz poladdan hazırlanmışdır.

Avtosəbət (18 metr) – 18 metr yüksəkliyə qədər işləyə bilən, mexaniki sürətlər qutulu avadanlıq.

Kran-manipulyator – 5-6 metr uzunluğunda kran qolu ilə 4-5 ton yük qaldırma qabiliyyətinə malikdir.

Qəza-bərpa xidməti avtomobili – İçərisində generator, qaynaq aparatı, hava kompressoru və digər alətlər olan xüsusi təmir maşınıdır.

Özüboşaldan yük maşını (10 ton) – 9-12 m³ həcmli kuzov, 9.000-12.000 kq yük götürmə qabiliyyəti, mexaniki sürətlər qutusu.

Bütün texnikalar 2024-2025-ci il istehsalı və tam yeni olmalıdır. Müsabiqədə iştirak etmək istəyən şirkətlər müvafiq sənədləri təqdim etməlidirlər.

Bu satınalma, Naxçıvan şəhərində kommunal xidmətlərin keyfiyyətini artırmaq və infrastrukturun inkişafını təmin etmək məqsədi daşıyır.

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Mart 2025 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri