Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslər dövlətdən birdəfəlik müavinət ala bilər

Azərbaycanda bu şəxslər dövlətdən birdəfəlik müavinət ala bilər

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Azərbaycan dövləti sosial rifahın gücləndirilməsi məqsədilə vətəndaşlara müxtəlif hallarda birdəfəlik müavinətlər təqdim edir.

News24.az-in məlumatına görə, bu müavinətlər vətəndaşların həyatının mühüm mərhələlərində – uşaq doğulduqda, yaxınlarını itirdikdə, ilk dəfə işə düzəldikdə, azadlıqdan məhrumetmə cəzasını çəkib qayıtdıqda və ya işğaldan azad olunmuş ərazilərdə çalışmaq üçün köç etdikdə maddi dəstək məqsədi daşıyır.

Azərbaycanda mövcud olan əsas birdəfəlik müavinət növləri, onların məbləği və kimlərin bu müavinətləri ala biləcəyini təqdim edirik:

Uşağın anadan olmasına görə müavinət: Yeni doğulan hər uşaq üçün 500 manat məbləğində birdəfəlik müavinət verilir.

Dəfn üçün müavinət: Əmək pensiyaçısı vəfat etdikdə, dəfni təşkil edən şəxsə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində, sosial müavinət və ya işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə isə 500 manat məbləğində dəfn üçün birdəfəlik müavinət ödənilir.

Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə müavinət: Azadlıqdan məhrumetmə cəzasını çəkib azad edilmiş və tibbi-sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə müavinət: Bu ərazilərdə işləmək üçün azı bir il müddətinə əmək müqaviləsi bağlayan mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə 600 manat məbləğində birdəfəlik müavinət verilir.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslərə müavinət: Bu kateqoriyaya aid şəxslər ilk dəfə işə düzəldikdə 6000 manat məbləğində birdəfəlik müavinət alırlar. /Baku.ws

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 06 Aprel 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri