Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslər ikiqat maaş alacaqlar ŞAD XƏBƏR

Azərbaycanda bu şəxslər ikiqat maaş alacaqlar ŞAD XƏBƏR

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti Əmək Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.

BAKU.WS-in məlumtına görə, yeni dəyişikliklər bir tərəfdən beynəlxalq standart və prinsiplərə uyğun olaraq, o cümlədən Beynəlxalq Əmək Təşkilatının (BƏT) tövsiyələri nəzərə alınmaqla əmək hüquqlarının daha effektiv qorunmasına, işçi–işəgötürən münasibətlərinin tənzimlənməsinə və mövcud hüquqi bazanın beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.

Digər tərəfdən, Əmək Məcəlləsinə edilən əsas yeniliklərdən biri vətəndaşların müəyyən hallarda ikiqat əmək haqqı alması ilə bağlıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, yeni dəyişikliklərə əsasən, məcəllədə "saatlıq əmək haqqı" anlayışı əvəzinə "saatlıq maaş tarifi" anlayışından istifadə olunacaq:

"Bu da əmək münasibətlərində şəffaflığın və dəqiq hesablamaların aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Təsdiq edilmiş dəyişikliklərə görə, bayram və qeyri-iş günlərində, eləcə də iş vaxtından kənar saatlarda çalışan işçilərə işlədikləri hər saata görə əlavə ödəniş nəzərdə tutulur. Bu zaman həmin ödəniş işçinin saatlıq maaş tarifinin ən azı iki misli həcmində olmalıdır.

Məsələn, əgər vətəndaşın saatlıq maaş tarifi 30 manatdırsa və o, qeyri-iş günündə və ya işdən sonrakı vaxtda 4 saat işləyibsə, bu halda ona həmin saatlara görə 120 manat deyil, 240 manat ödəniş edilməlidir. Çünki söhbət həm qeyri-iş günlərində, həm də normadan artıq iş saatlarında görülən əmək fəaliyyətindən gedir.

Deputat əlavə edib ki, yeni qaydalara əsasən, qeyri-iş günlərində və ya iş vaxtından kənar saatlarda çalışan vətəndaşlara ən azı ikiqat əmək haqqı ödəniləcək:

"Bu ödəniş gündəlik deyil, məhz faktiki işlənmiş saatlara uyğun olaraq hesablanacaq. Yəni işçi bütün günü deyil, yalnız müəyyən saatlar ərzində çalışdığı halda belə, ödəniş saatlıq maaş tarifinə əsasən həyata keçiriləcək.

Nəticə etibarilə, Əmək Məcəlləsinə edilən bu dəyişikliklər vətəndaşların, xüsusən də istirahət və qeyri-iş günlərində çalışan şəxslərin daha yüksək əmək haqqı almasına şərait yaradacaq. Bu isə əmək hüquqlarının daha etibarlı şəkildə qorunması və sosial ədalətin təmin olunması baxımından mühüm addım hesab olunur".

Orxan Hüseyn

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 Fevral 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri