Icma.az
close
up
RU
ŞAD XƏBƏR Azərbaycanda bu şəxslər KONKRET

ŞAD XƏBƏR Azərbaycanda bu şəxslər KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Azərbaycanda tələbələr və təqaüdçülər üçün tam pulsuz nəqliyyat sisteminin tətbiqi yaxın perspektivdə real olmasa da, mərhələli və hədəflənmiş endirim mexanizmləri mümkün və məqsədəuyğundur”.

KONKRET.az bildirir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanda sosial siyasətin əsas məqsədlərindən biri əhalinin həssas təbəqələrinin həyat keyfiyyətinin yüksəldilməsi və sosial ədalətin təmin olunmasıdır. Bu məqsədə nail olmağın vacib istiqamətlərindən biri kimi, pensiyaçılar və tələbələr üçün ictimai nəqliyyatda güzəştlərin tətbiqi məsələsinin aktuallaşması da, şübhəsiz ki, təbii qəbul olunmalıdır:

“Hazırda ölkəmizdə nə metroda, nə də avtobuslarda həssas qruplar üçün universal endirim və ya pulsuz gediş sistemi mövcuddur. Dövlət Sosial Müdafiə Fondu və bir sıra kommersiya qurumları pensiya kartları vasitəsilə müxtəlif alış-veriş sahələrində güzəştli xidmətlər təklif etsə də, bu imtiyazlar ictimai nəqliyyata şamil edilmir”.

Deputat bu içşdə xarici ölkə təcrübələrini də misal çəkib:

“Dünyanın bir çox ölkələrində nəqliyyatda sosial güzəştlər dövlətin sosial siyasətinin ayrılmaz hissəsidir. Məsələn, Türkiyədə 65 yaşdan yuxarı vətəndaşlar üçün “Yaşlı Kart” sistemi tətbiq olunur. Bu kartla yaşlı insanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər. Bu modelin maliyyələşməsi dövlət subsidiyaları və yerli idarələrin büdcə dəstəyi hesabına həyata keçirilir. Lüksemburq isə daha radikal addım ataraq ölkə üzrə ictimai nəqliyyatı tamamilə pulsuz edib. Bu, sosial bərabərliyin təmininə və tıxacların azaldılmasına yönəlmiş strateji addımdır. Təbii ki, belə model üçün güclü büdcə dayaqları və yüksək sosial məsuliyyət tələb olunur. Azərbaycan üçün bu təcrübələrdən çıxarıla biləcək əsas nəticə ondan ibarətdir ki, tam pulsuz nəqliyyat sisteminin tətbiqi yaxın perspektivdə real olmasa da, mərhələli və hədəflənmiş endirim mexanizmləri mümkün və məqsədəuyğundur”.

E. Mirzəbəyli deyir ki, tələbə kartlarının bu sistemə inteqrasiyası ilə bağlı artıq pilot mərhələdə işlər aparılır. Bu, o deməkdir ki, tələbələr üçün endirimli tariflərin tətbiqi texniki baxımdan mümkündür və yaxın gələcəkdə reallaşa bilər:

“Ölkəmizdə “BakıKart” sistemi ictimai nəqliyyatda vahid ödəniş platforması kimi formalaşıb və sosial qruplar üçün fərqli tariflərin tətbiqinə texniki baxımdan tam imkan verir”.

Deputatın fikrincə, eyni mexanizm pensiyaçılara da şamil oluna bilər. Dövlət Sosial Müdafiə Fondu ilə “BakıKart” operatoru arasında məlumat mübadiləsi qurularsa, pensiya kartları gediş haqqı kartı kimi tanınar və yaşlı vətəndaşlar sistemdə avtomatik olaraq güzəşt hüququndan yararlanarlar:

“İctimai nəqliyyatda güzəştlərin tətbiqi yalnız sosial məsələ deyil, həm də maliyyə planlaşdırması tələb edən iqtisadi məsələdir. Bütün ölkə üzrə tam pulsuz nəqliyyat sistemi dövlət büdcəsinə əlavə yük gətirə bilər. Lakin həssas qruplara güzəştlərin alternativ maliyyə mənbələri vasitəsilə kompensasiya olunması mümkündür”.

“Bu bağlamda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) parklanma sistemindən əldə etdiyi gəlirlərin müəyyən hissəsinin sosial güzəşt proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi məqsədəuyğun ola bilər. Parklanmadan toplanan vəsaitlər ictimai nəqliyyatın inkişafına, sosial təbəqələr üçün endirimlərin tətbiqinə sərf olunsa, bu həm sosial ədalət prinsiplərinə uyğun olar, həm də şəhər nəqliyyatının iqtisadi dövriyyəsində balans yaradar. Beləliklə, AYNA-nın maliyyə axınlarının bir hissəsinin sosial yönümlü proqramlara istiqamətləndirilməsi ictimai nəqliyyatın yalnız texniki deyil, həm də sosial funksiya daşımasını təmin edər”, – deyə Elçin Mirzəbəyli vurğulayıb.

Son olaraq qeyd edib ki, Milli Məclisdə pensiyaçılar və tələbələr üçün ictimai nəqliyyatda güzəşt məsələsi bir neçə dəfə müzakirə olunub. Deputat həmkarlarım bu istiqamətdə konkret təkliflərlə çıxış ediblər, lakin hələlik məsələ qanun layihəsi və ya dövlət proqramı səviyyəsində təsbit olunmayıb.

“Cəmiyyətin gözləntisi anlaşılandır. Çünki sosial rifah yalnız əməkhaqlarının və pensiyaların artımı ilə deyil, həm də gündəlik xərclərin, o cümlədən nəqliyyat xərclərinin azaldılması ilə ölçülür. Bu baxımdan, nəqliyyatda güzəşt mexanizmləri sosial məsuliyyətin növbəti göstəricisinə çevrilə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Noyabr 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri