Icma.az
close
up
RU
Azərbaycanda bu universitetdə tələbələr imtahanları onlayn verəcək

Azərbaycanda bu universitetdə tələbələr imtahanları onlayn verəcək

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mingəçevir Dövlət Universitetində (MDU) tədris prosesinin müasirləşdirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində növbəti addım atılır.

Modern.az xəbər verir ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində 15 imtahan pilot layihə çərçivəsində kompüter vasitəsilə elektron formada təşkil ediləcək.

Cari tədris ilinin payız semestrindən etibarən “Proqramlaşdırmanın əsasları”, “Proqramlaşdırma dilləri-2”, “Müasir proqramlaşdırma dilləri və texnologiyaları”, “Kompüter arxitekturası”, “Elektronikanın əsasları”, “Dövrlər nəzəriyyəsi”, “STEM-1”, “STEM-2” və “İnformasiya təhlükəsizliyi” fənlərindən sessiya imtahanları xüsusi proqram təminatı vasitəsilə elektron formada keçiriləcək. Elektron imtahan formatı tələbələrin biliklərinin ölçülməsini daha səmərəli edir, nəticələrin emalını sürətləndirir, imtahan prosesinin müasir texnologiyalar əsasında aparılmasına şərait yaradır, prosesdə obyektivlik və şəffaflığın təmin olunmasına və universitetin rəqəmsal transformasiya strategiyasının həyata keçirilməsinə imkan verir.

Bu formatda tələbələrə suallar elektron ekranda təqdim olunur və onlar cavablarını klaviatura vasitəsilə mətn formasında yazırlar. Sistem bütün cavabları avtomatik yadda saxlayır və imtahan başa çatdıqda cavablar ayrıca fayl şəklində formalaşdırılaraq müəllimə təqdim olunur. Açıq suallar yazılı imtahan modelində (Computer-based written) müəllim cavabları elektron sistem üzərindən oxuyaraq qiymətləndirir ki, bu həm imtahan prosesində operativliyi artırır, həm də qiymətləndirmədə şəffaflığı təmin edir.

Yenilik tələbələr üçün bir sıra üstünlüklər yaradır. Sual və tapşırıqların sistemli təqdimatı imtahan prosesini daha rahat edir, cavabların daxil edilməsi və yoxlanılması sürətlənir, nəticələrin qısa müddətdə açıqlanması mümkün olur, tələbələrin rəqəmsal bacarıqları və texnoloji mühitə adaptasiyası güclənir.

Pilot mərhələnin nəticələri təhlil edildikdən sonra rəqəmsal imtahan modelinin digər fənn və proqramlar üzrə də mərhələli şəkildə genişləndirilməsi planlaşdırılır. Bu addım MDU-da tədrisin yenilənməsinə, innovativ yanaşmaların tətbiqinə və tələbəyönümlü mühitin gücləndirilməsinə xidmət edən mühüm yeniliklərdən biri kimi dəyərləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see304

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see264

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see218

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see213

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see205

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see191

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see141

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see137

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see134

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see133

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri