Icma.az
close
up
RU
Azərbaycanda bu xəstəlikdən ölənlər artır: inanılmaz səbəb Rəsmi cavab

Azərbaycanda bu xəstəlikdən ölənlər artır: inanılmaz səbəb Rəsmi cavab

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar artan ürək xəstəlikləri, ölüm xəbərləri fonunda maraqlı iddia ortaya atılıb. Bildirilir ki, əsas səbəb təkcə stress və genetika deyil, həm də qida bazarında geniş yayılan, qadağan olunmuş yağlar, eləcə də saxta ərzaqlardır. Hazırda marketlərdə keyfiyyətsiz və sağlamlığa zərərli məhsulların açıq şəkildə satıldığı deyilir. Vəziyyətin bu həddə çatmasına baxmayaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti ilə bağlı ictimai narazılıq artır. Cəmiyyətin bir hissəsi hesab edir ki, qurumun nəzarət mexanizmi zəifdir və nəticədə insanlar səssiz şəkildə zəhərlənirlər.

Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, Azərbaycanda ürək-damar xəstəliklərinin geniş yayılıb və buna təsir göstərən amillərdən biri qidalanma məsələsidir:

“Ölkədə istehlakçı hüquqları zəif qorunur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul edilib və indiyədək müasir bazar reallıqlarına uyğunlaşdırılmayıb. Halbuki bazar genişlənib, istehsal və ticarət şərtləri köklü şəkildə dəyişib. Bu ilin mart ayında Ombudsmanın Milli Məclisə təqdim etdiyi 102 səhifəlik illik hesabatda istehlakçı hüquqları barədə bircə qeyd belə yer almayıb. Yaxın günlərdə 15 nəfərin qidadan zəhərlənərək ölməsi bu sahədə nəzarətin zəifliyini bir daha ortaya qoydu. Azərbaycanda mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır”.

Eyyub Hüseynov

Ekspert bildirib ki, hökumət biznes qurumları üçün əlverişli şərait yaratsa da, bəzi sahibkarlar bundan sui-istifadə edərək keyfiyyətsiz məhsulları bazara çıxarırlar:

“Bu vəziyyəti dəyişmək üçün AQTA-nın əsasnaməsində dəyişiklik edilməli, nəzarət yalnız təhlükəsizliyə deyil, həm də keyfiyyətə yönəlməlidir. Əmtəə bazarının sağlamlaşdırılması həm dövlət orqanlarının, həm də istehlakçıların məsuliyyətini tələb edir. İstehlakçılar da bu baxımdan diqqətli olmalı, məhsulun etiketini diqqətlə oxumalı, yararlılıq müddəti keçən mallardan uzaq durmalı və tərkibindəki konservantlara xüsusi fikir verməlidirlər”.

Funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva qeyd edib ki, ürək tutmaların və qəfil ölüm hallarının artmasının kökündə sənaye üsullu, yəni “qadağan olunmuş” trans-yağlar mühüm rol oynayır:

“Trans-yağlar maye bitki yağlarının kimyəvi yolla bərkidilməsi ilə alınır və tez xarab olmayan, ucuz məhsulların hazırlanmasında geniş istifadə olunur. Bu yağlar “pis” xolesterolu (LDL) yüksəldir, “yaxşı” xolesterolu (HDL) isə azaldır. Eyni zamanda damar divarlarında iltihab yaradır və nəticədə ateroskleroz, infarkt və insult riski artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hər il yüz minlərlə insan məhz trans-yağ istifadəsi ilə əlaqəli ürək-damar xəstəliklərindən həyatını itirir. Bu səbəbdən bu yağları “ölümə aparan gizli yol” adlandırmaq heç də mübaliğə deyil. Xüsusilə uzun müddət qızardılmış, paketlənmiş və fast-food tərkibli məhsullar bu riski daha da yüksəldir. İnsanlar zeytun, avokado, qoz, kətan toxumu və balıq kimi sağlam yağ mənbələrinə üstünlük verməlidirlər. Bu yağlar ürək-damar sistemini qoruyur, xolesterol balansını tənzimləyir və orqanizmdə iltihabi proseslərin qarşısını alır”.

Globalinfo.az AQTA-ya mövzu ilə bağlı sorğu ünvanlayıb.

Bildirilib ki, ölkədə istehsal və idxal olunan bütün qida məhsulları, eləcə də yağlar üzərində AQTA risk əsaslı nəzarət tədbirləri həyata keçirir:

“Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra ekspertizadan keçirilir. Mallardan agentliyin müfəttişləri nümunələr götürür və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Sınaq nəticələri normalara uyğun olduğu təqdirdə məhsul partiyaları Qida təhlükəsizliyi sertifikatı ilə təmin olunur. Sınaq nəticələri normalara uyğun olmayan məhsulların isə geri qaytarılması, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul edilir.

Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda AQTA növbədənkənar yoxlamalar aparır və məhsullar laborator müayinələrə cəlb olunur. Keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür.

Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri