Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra bütün təhsil sənədləri - attestatlar, diplomlar və sertifikatlar yalnız elektron formatda veriləcək və kağız daşıyıcılar artıq təqdim edilməyəcək".
Oxu.Az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.
Azərbaycanda bütün təhsil sənədlərinin elektron formada veriləcəyi vaxt açıqlandı
"Bu tədris ili başa çatdıqdan sonra bütün təhsil sənədləri yalnız elektron qaydada veriləcək. Keçid dövrü olaraq, bəzi tələbələr və şagirdlər kağız sənədləri əldə edə bilərlər, amma gələn tədris ilindən etibarən yalnız elektron sənədlər olacaq", - deyə o bildirib.
V.Xanlarov Baku TV-yə açıqlamasında qeyd edib ki, elektron təhsil sənədlərinin yoxlanması daha asan olacaq və onların təhlükəsizliyi təmin ediləcək:
"Elektron qaydada verilən sənədin yoxlanması daha rahatdır və neqativ hallarda istifadə edilməsi mümkün deyil. Həmçinin sənədlərin verilməsi daha sürətli olacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 24 Fevral 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















