Icma.az
close
up
RU
“Bütün imtahanlar elektron formada keçirilməlidir” Ekspertdən TƏKLİF

“Bütün imtahanlar elektron formada keçirilməlidir” Ekspertdən TƏKLİF

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bütün imtahanların elektron formada keçirilməsi tövsiyə olunandır. İmtahanda həm cavablandırmanın qısa bir müddətdə həll olunması, həm də obyektivliyin qorunması baxımından imtahanların, xüsusilə də daha çoxluq təşkil edən imtahanların elektron formada keçirilməsi tövsiyə olunandır".

Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev Dövlət İmtahan Mərkəzinin (DİM) magistratura imtahanlarının elektron formada keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdiyini bildirməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, çox şagirdin iştirak edəcəyi imtahandan söhbət gedirsə, əlbəttə ki, maddi-texniki baza, müəyyən elektron ləvazimatlar lazımdır:

"Magistratura imtahanları da aşağı-yuxarı hardasa bir 20 minə yaxın gəncin iştirak etdiyi bir imtahandır, ona görə düşünürəm ki, bunun da elektronlaşdırılması, rəqəmsal formada həyata keçirilməsi çox asan olan bir şey deyil. Dövlət İmtahan Mərkəzi belə bir təşəbbüsü göstərəcəksə, bu çox gözəl olar.

Çünki  Dövlət İmtahan Mərkəzi ümumi olaraq imtahanların rəqəmsallaşdırılması istiqamətində müvafiq addımları atacaq. Yəqin ki, 2028-ci ilə qədər ən azından 20 min ətrafında, 20-25 min ətrafında abituriyentin, şagirdin, dinləyicinin iştirak etdiyi imtahanların rəqəmsallaşdırılması həyata keçirilə bilər. Bu, əlbəttə, çox gözəl bir təşəbbüs, yeni bir uğurdur".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri