Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılır
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dongfeng-İmprotex AZ Agro" MMC-ni dövlət qeydiyyatına alıb.
"Cebheinfo.az" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı "Improtex" şirkəti ilə eyni - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Wang Weıjundur.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni şirkətin yaradılması Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılmasından xəbər verir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:349
Bu xəbər 18 Mart 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















