“Apple Çin şirkəti ilə anlaşdı
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Apple”, dünyanın ən böyük mobil telefon bazarlarından biri olan Çində süni intellekt xidmətləri təklif edən Çin texnologiya nəhəngi “Alibaba” ilə əməkdaşlıq edəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Alibaba” şirkəti açıqlama verib. Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edən “Alibaba” şirkətinin İdarə Heyətinin sədri Joe Tsai bildirib ki, “Apple” bu məsələdə Çində bir çox şirkətlərlə müzakirələr aparsa da, “Alibaba” ilə işləməyə qərar verib. Onun sözlərinə görə, “Apple” Alibaba şirkətinin süni intellekt texnologiyasından öz telefonlarında istifadə etmək istəyir.
Bildirilir ki, “Apple” “Alibaba”nı seçməzdən əvvəl “Baidu”, “ByteDance”, “Tencent” və “DeepSeek” kimi digər Çin süni intellekt şirkətləri ilə də görüşüb. Lakin müqavilənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 14 Fevral 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















