Azərbaycanda çoban 700 min manatlıq yeyintidə ittiham olunur
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda çoban 1 milyon manata yaxın yeyinti ittihamı ilə həbs edilib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Saatlı rayonunun Dədə Qorqud kəndində çobanlıq edən Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı xəlvət sataraq pulunu şəxsi ehtiyaclarına xərcləyib.
Çobanın bu cinayəti nəticəsində fermerə 700 min manatdan çox ziyan dəyib. Ziyanın məbləği qoyun, quzu və keçilərin çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.
Sahibkarın prokurorluğa şikayətindən sonra Nahid həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Çobanın təqsiri sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək həbs gözləyir.
Bu mövzuda digər xəbərlər:Xalq artistinin kürəkəni 700 min manatlıq dələduzluqda ittiham olunur
18 Avqust 2026 17:20
Azərbaycanda 700 min nəfərin maaşı ARTACAQ
05 Fevral 2025 19:39
Azərbaycanda DƏHŞƏT: çoban fermada özünü GÜLLƏLƏDİ
06 Noyabr 2024 10:42
Çoban fermerin 2000 baş heyvanını gizlicə satıb 700 MİN MANATLIQ TALAMA
18 İyun 2026 16:08
Azərbaycanda bir şağirdə 700 min xərclənir ŞOK RƏQƏM
06 Fevral 2025 17:13
Baxış sayı:128
Bu xəbər 18 İyun 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















