Hər iki ailədən biri boşanır: Kasıblar evlənməsin?
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda boşanmaların artması narahatedici tendensiya kimi diqqət çəkir.
Rəsmi statistikaya görə, 2011-ci ildə ölkədə 88 145 nikah və 10 747 boşanma qeydə alındığı halda, 2025-ci ildə nikahların sayı 48 546-ya, boşanmaların sayı isə 20 675-ə enib və yüksəlib. Yəni 14 il ərzində nikahların sayı təxminən 45 faiz azalıb, boşanmaların sayı isə iki dəfəyə yaxın artıb.
Bu ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah, 13 278 boşanma qeydə alınıb. İlk dəfə olaraq ölkədə boşanmaların sayı nikahların yarısını keçib. Bu, o deməkdir ki, hər iki evlilikdən biri boşanma ilə nəticələnir. ilin yanvar-avqust aylarında ölkədə 26 485 #nikah, 13 278 boşanma qeydə alınıb. İlk dəfə olaraq ölkədə boşanmaların sayı nikahların yarısını keçib. Bu Təkcə 2025-ci ildə 20 mindən çox ailənin dağılması, nikahların sayının isə əvvəlki illə müqayisədə 1,9 faiz azalması ailə münasibətlərində baş verən dəyişiklikləri gündəmə gətirir.
Bəs ailələrin dağılmasına hansı amillər təsir edir?
Sosioloq Əhməd Rəhmanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ailələrin dağılmasına əsasən iki amil təsir edir:
“Ailələrin dağılmasına təsir edən əsas amillərdən biri iqtisadi vəziyyətdir. İnsanların maddi durumu, qiymət artımları və qəbul edilən yeni qanunlar onların psixoloji vəziyyətinə, gələcəyə dair gözləntilərinə təsir göstərə bilər. İnsanlar dəyişikliklərə uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyac duyurlar. Bir müddət keçdikdən sonra yeni vəziyyətə öyrəşir və həyatlarını buna uyğun qurmağa başlayırlar. Bundan sonra nikahların sayında da artım müşahidə oluna bilər. Bu gün ailə quran insanların bir qismi evlilikdən həddindən artıq gözləntilərə sahibdir.
Məsələn, oğlan düşünür ki, hazırda müəyyən maliyyə çətinlikləri olsa da, zamanla bu problemləri həll edəcək. Qız isə ailə qurarkən həyat yoldaşının onu tam təmin edəcəyini, bütün ehtiyaclarını qarşılayacağını gözləyə bilər. Ancaq bəzən insanlar qarşı tərəfin hansı ailədə böyüdüyünü, hansı həyat tərzinə və düşüncə tərzinə sahib olduğunu kifayət qədər nəzərə almırlar. Halbuki ailə qurmaq yalnız maddi təminatla bağlı deyil, eyni zamanda qarşılıqlı anlaşma, məsuliyyət və güzəşt tələb edən bir münasibətdir”.
Onun sözlərinə görə, bəzən maddi vəziyyəti zəif olan ailələrdə böyüyən gənclər valideynlərinin işlədiyini, özlərinin də müəyyən gəlir əldə etdiyini görərək düşünürlər ki, ailə qurduqdan sonra özlərini dolandıra biləcəklər:
“Bu düşüncə ilə evlilik qərarı verirlər. Lakin ailə həyatının yalnız maddi tərəfdən ibarət olmadığını, burada başqa məsuliyyətlərin və çətinliklərin də olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, uşaqların kiçik yaşlarından ailə həyatı haqqında maarifləndirilməsi vacibdir. Bəzən valideynlər uşaqları hər cür çətinlikdən uzaq tutmağa, onların bütün istəklərini yerinə yetirməyə çalışırlar.
Uşaqlar ailədaxili problemlərdən və məsuliyyətlərdən kənarda böyüyürlər. Nəticədə həmin gənclər gələcəkdə özləri ailə qurduqda qarşılaşacaqları çətinliklərə hazır olmaya bilərlər. Onlar ailənin nə olduğunu, məsuliyyətin nədən ibarət olduğunu və problemlərin necə həll edilməli olduğunu əvvəlcədən öyrənməlidirlər”. Sosioloq qeyd edib kİ, ailələrin dağılmasında həm psixoloji, həm də iqtisadi amillərin rolu var:
“Bu iki amil arasında tarazlıq qorunduqda, tərəflər bir-birini daha yaxşı anlayır və ailədə münasibətlər daha sağlam qurulur. Digər tərəfdən, bəzi insanlar ailə həyatında öz ambisiyalarını ön plana çəkir, haqlı olduqlarını sübut etməyə və özlərini qarşı tərəfə qəbul etdirməyə çalışırlar. Bu isə istər kişidə, istərsə də qadında müşahidə oluna bilər.
Ailə həyatında kompromisə getmək, qarşılıqlı anlayış göstərmək və tarazlığı qorumaq vacibdir. Əgər tərəflər yalnız öz istəklərini düşünür, bir-birini dinləmir və güzəştə getmək istəmirlərsə, həmin ailədə sağlam münasibətlərin qorunması çətinləşir. Xoşbəxt ailənin təməlində isə tərəflərin bir-birini anlamağı, məsuliyyəti bölüşməsi və problemləri birlikdə həll etməyi bacarması dayanır”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: boşanma Əhməd Rəhmanov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:128
Bu xəbər 29 Oktyabr 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















